Vakansiya haqqında
Ümumi tələblər
Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi;
Səlis və aydın danışıq bacarığı;
Yaş həddi: 22-35;
MS Office proqramlarında, xüsusilə MS Excel, MS Word və MS Outlook-da sərbəst işləmək bacarığı;
Azərbaycan dili və rus dili səlis, ingilis dili biliyi arzuolunandır;
İşinə qarşı məsuliyyətli, səliqəli və dəqiq yanaşma.
Vəzifə öhdəlikləri
Daxil olan zəngləri və müraciətləri qəbul etmək, onları qeydiyyata almaq və düzgün şəkildə yönləndirmək;
Gələn və göndərilən sənədlərin qeydiyyatını aparmaq və təyinatı üzrə istiqamətləndirmək;
Ziyarətçiləri qarşılayıb qeydiyyatdan keçirmək və yönləndirmək;
Kargüzarlıq və sənəd dövriyyəsi işlərini həyata keçirmək;
Gündəlik, həftəlik, aylıq və illik hesabatları hazırlamaq.
İş şəraiti
İş yeri: BEGOC Biznes Mərkəzi (Ünvan: Bakı, Zərifə Əliyeva küç., 93);
5/7 iş qrafiki, iş vaxtı 09:00-dan 18:00-dək;
Nahar və tibbi sığorta şirkət tərəfindən təmin olunur;
Əmək haqqı: 700-800 AZN (namizədin təcrübəsindən asılı olaraq).
Müvafiq tələblərə cavab verdiyiniz halda, CV-nizi “Müraciət et” düyməsində göstərilən elektron ünvanına göndərməyiniz və “subject” hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
