Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Bank Respublika ASC

Kredit üzrə arxa ofis mütəxəssisi

QəbələMənbə: Vezife.az

Vakansiya haqqında

Ümumi vəzifə öhdəlikləri: Bank proqramında CIF (Customer Information File) hesabının açılması; Kredit, zəmanət, akkreditiv və kredit ödənişləri ilə bağlı məlumatların bank proqramına dəqiq şəkildə daxil edilməsi; Qanunvericiliyə, bankın daxili qaydalarına və kredit komitəsinin qərarlarına əsasən müqavilə, müqaviləyə əlavə və digər zəruri sənədlərin hazırlanaraq krediti rəsmiləşdirmək; Kredit qovluğunun və onun elektron fotosurətinin formalaşdırılması; Bankdaxili sənədlərin Azərbaycan Respublikasının qüvvədə olan qanunvericilik tələblərinə və daxili qaydalara uyğun tərtib və rəsmiləşdirilməsi. Namizədə tələblər: Ali təhsil; maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi istiqamətləri üzrə təhsil arzuolunandır; Azərbaycan dili üzrə yüksək səviyyə, yazılı və şifahi ünsiyyətdə sərbəstlik; MS Office proqramlarında biliklər: Word, Excel, Outlook; Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qura bilmək; Fikri aydın, dolğun və inamlı şəkildə ifadə etmək bacarığı; Yeni bilik və bacarıqları inkişaf etdirmək həvəsi; Yeni iş mühitinə və komandaya tez uyğunlaşaraq kollektivin bir üzvü olmaq bacarığı. Vakansiya növü: Tam ştat Maraqlanan namizədlər Müraciət et düyməsində göstərilən link vasitəsilə müraciət edə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.