Vakansiya haqqında
Əsas məqsəd
Korporativ müştərilərlə peşəkar ünsiyyət qurmaq, kibertəhlükəsizlik məhsulları və xidmətlərini təqdim edib satmaq, satış fəaliyyətlərini idarə etməklə gəlir formalaşdırmaq və müştəri məmnuniyyətini qorumaq.
Vəzifələr (idarəetmə və əməliyyat)
Korporativ müştərilərə kibertəhlükəsizlik həlləri və xidmətlərini fəal şəkildə təqdim etmək və satmaq;
Potensial müştəriləri müəyyənləşdirmək və yeni biznes imkanları yaratmaq;
Müştəri görüşləri, təqdimatlar və məhsul nümayişləri keçirmək;
Müştəri tələblərini öyrənmək və texniki komandalarla birlikdə uyğun həllər təklif etmək;
Kommersiya təklifləri, qiymət təklifləri və müqavilələri hazırlamaq və təqdim etmək;
Fərdi və komanda satış hədəflərinə nail olmaq;
CRM sistemlərində məlumatları aktual saxlamaq və satış fəaliyyəti üzrə hesabat vermək;
Bazar meyllərini, rəqiblərin təkliflərini və müştəri rəylərini izləmək;
Tenderlərdə iştirak etmək və ehtiyac olduqda aidiyyəti şöbələrlə koordinasiya aparmaq;
Satışdan sonra müştəri məmnuniyyətini yüksək səviyyədə təmin etmək və izləmə aparmaq;
Rəhbərlik tərəfindən verilən əlavə tapşırıqları və göstərişləri yerinə yetirmək.
Kompetensiyalar (yumşaq bacarıqlar)
Ünsiyyət və inandırma bacarığı;
Nəticəyönümlülük və hədəflərlə motivasiya olunmaq;
Vaxtın idarə edilməsi və eyni vaxtda bir neçə işi görmə bacarığı;
Komanda işi və əməkdaşlıq;
Təqdimat və danışıqlar aparma bacarığı;
Təşəbbüskarlıq, intizam və güclü izləmə bacarığı.
Ümumi tələblər / işçi bilməlidir
Şirkətin məhsul və xidmət portfeli;
İT və kibertəhlükəsizliyin əsas prinsipləri;
Şirkətin satış prosesləri və CRM-dən istifadə qaydaları;
Kommersiya sənədləri və müqavilə əsasları.
İşçi üzrə tələblər
Təhsil: Marketinq, Biznes və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi;
Təcrübə: Korporativ satış sahəsində minimum 2 il, üstünlük olaraq İT və ya kibertəhlükəsizlik sahəsində;
Xüsusi bilik sahələri: Korporativ/enterprise satış, kibertəhlükəsizlik və ya İT həlləri;
Kompüter bacarıqları: Excel, Word, Outlook, PowerPoint, CRM sistemləri;
Dillər: Azərbaycan dili – əla; İngilis dili – yaxşı; Rus dili – üstünlükdür.
İşçinin hüquqları və öhdəlikləri
Hüquqlar:
Effektiv fəaliyyət üçün lazım olan müştəri resurslarına, alətlərə və dəstəyə çıxış hüququ vardır;
Vəzifələrin icrasında rəhbərlikdən kömək istəmək hüququ vardır;
İş nəticələrinə görə tanınma və stimul alma hüququ vardır;
Azərbaycan Respublikasının Əmək Məcəlləsi və aidiyyəti qanunvericilikdə nəzərdə tutulan hüquqlardan istifadə edir.
Öhdəliklər:
Satış hesabatlarının və sənədləşmənin vaxtında və düzgün aparılmasına görə məsuliyyət daşıyır;
Razılaşdırılmış satış hədəflərinə və KPI göstəricilərinə nail olunmasına görə cavabdehdir;
Rəsmi vəzifələrin icrasına əməl etməyə məsuldur; bu vəzifə təsvirində göstərilən pozuntular Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun məsuliyyət yaradır;
İş fəaliyyəti zamanı hüquqi və normativ tələblərin pozulması müvafiq inzibati, cinayət və mülki qanunvericiliyə əsasən məsuliyyət doğurur;
Şirkətə etibar edilən avadanlığın təhlükəsiz və düzgün istifadəsinə, həmçinin şirkət əmlakının zədələnməsinin qarşısının alınmasına cavabdehdir;
Şirkət dəyərlərinə və müştəri məxfiliyi standartlarına uyğun hərəkət etməlidir;
Vəzifə icrası zamanı imzalanan sənədlərə şəxsən və qeyd-şərtsiz cavabdehdir.
Əmək haqqı: Müsahibə zamanı müəyyən olunur.
Müraciət etmək istəyən namizədlər CV-lərini “Apply for job” düyməsində göstərilən e-mail ünvanına göndərə və mövzu hissəsində Sales Manager yazmalıdırlar.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
