Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

AzInTelecom

Middle QA engineer (mobile)

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Vəzifə öhdəlikləri: Native iOS və Android tətbiqlərində funksional, reqressiya, UI/UX və uyğunluq testlərini həyata keçirmək; Testlərin hazırlanmasını və icrasını sürətləndirmək üçün süni intellekt alətlərindən istifadə etməklə test keys və test ssenariləri qurmaq; Müxtəlif əməliyyat sistemi versiyalarında və ekran ölçülərində real cihazlarda, emulyatorlarda və simulyatorlarda yoxlamalar aparmaq; Mobil tətbiqlərə xas yoxlamaları icra etmək: icazələr, kənar müdaxilələr (zənglər, bildirişlər), oflayn rejim, şəbəkələr arasında keçid və tətbiqin arxa planda və ön planda işləmə davranışı; Mobil tətbiqlərin API-lərini və backend inteqrasiyasını Postman/Swagger vasitəsilə test etmək, həmçinin Grafana/Sentry ilə backend loglarını və metriklərini yoxlamaq; Cihaz logları, ekran görüntüləri və ekran qeydləri ilə birlikdə xətaları Jira-da qeyd etmək, təhlil etmək və izləmək; Firebase Crashlytics və ya oxşar alətlərlə crash hesabatlarını izləmək, süni intellekt alətlərindən istifadə etməklə xətaların əsas səbəblərinin müəyyənləşdirilməsinə dəstək vermək; Appium və ya Selenium vasitəsilə test avtomatlaşdırılması sahəsində təcrübəyə malik olmaq; Mobil QA proseslərini təkmilləşdirmək və süni intellekt əsaslı yeni həllər təklif etmək; Mobil proqramçılar, dizaynerlər və məhsul komandaları ilə sıx əməkdaşlıq etmək, daily stand-up görüşlərində və sprint planlaşdırılmasında iştirak etmək; Texniki məsələləri aydın, strukturlaşdırılmış və anlaşılan şəkildə izah etmək; Yeni texnologiyaları və yanaşmaları öyrənməyə və tətbiq etməyə açıq olmaq; Detallara diqqət yetirmək və işin keyfiyyətinə fokuslanmaq; Prioritetləri düzgün müəyyənləşdirmək və müəyyən edilmiş deadline-lara riayət etmək; Dəyişən tələblərə və dinamik development mühitinə uyğunlaşmaq. Tələb olunan bilik və bacarıqlar: Ali təhsil (Kompüter elmləri, İnformasiya texnologiyaları və ya əlaqəli sahələr üzrə); QA sahəsində ən azı 2 il iş təcrübəsi; Test proseslərində süni intellekt alətlərindən istifadə təcrübəsi; SDLC, STLC, test metodologiyaları və test dizaynı texnikaları üzrə güclü nəzəri və praktiki biliklər; Real cihazlarda iOS və Android tətbiqlərinin test edilməsi üzrə praktiki təcrübə; Android Studio (ADB, Logcat) və Xcode (simulyatorlar, cihaz logları) ilə işləmək barədə məlumatlılıq; Figma vasitəsilə tətbiq interfeysinin UI dizayn tələblərinə uyğunluğunu yoxlamaq təcrübəsi; Analitik düşünmə, detallara diqqət və problemlərin səbəblərini müəyyən edərək effektiv həll yolları tapmaq bacarığı; Komanda ilə əməkdaşlıq, ünsiyyət və qarşıya qoyulan tapşırıqları məsuliyyətlə yerinə yetirmək bacarığı; Dil bilikləri: Azərbaycan dili sərbəst, İngilis dili texniki sənədlərlə işləmək səviyyəsində. Üstünlük hesab olunur: ISTQB sertifikatı (CTFL; Mobile Application Testing əlavəsi üstünlükdür); Mobil SDK-ların test edilməsi üzrə təcrübə; Trafikin yoxlanılması üçün alətlərlə (Charles Proxy, Proxyman) işləmək təcrübəsi; Grafana və ya Sentry ilə işləmək təcrübəsi. Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.