Vakansiya haqqında
Vəzifə Ümumi Baxış
ARCO LOGISTICS beynəlxalq logistika şirkətində gündəlik yükdaşıma və logistika əməliyyatlarının daha səmərəli idarə olunmasına dəstək verəcək təcrübəli və diqqətli Satış Mütəxəssisi axtarılır.
Satış sahəsində təcrübə qazanmaq və bu ruhu yaşamaq üçün yaxşı bir fürsətdir.
İş barədə məlumat
Şirkətin məhsul və xidmətlərinin satış prosesini təşkil etmək
Müştərilərlə görüşlər keçirmək
Görüş zamanı şirkət məhsullarını təqdim etmək
Bazar araşdırması aparmaq və müştəri tələbatını müəyyənləşdirmək
Müştəriləri məhsula cəlb edərək satışın həyata keçirilməsini təmin etmək
Satış planlarını hazırlamaq və icrasına nəzarət etmək
Hər gün təqdimat apardığı müştərilər üzrə hesabat vermək
İş şəraiti
İş vaxtı: 11:00-dan 20:00-dək
Həftədə 5 iş günü
Əmək haqqı: 1000-3000 AZN
Azərbaycan Respublikasının əmək məcəlləsinə uyğun rəsmiləşdirmə
Tələblər
Satış sahəsində satış və ya xidmət üzrə mütəxəssis kimi minimum 2 il iş təcrübəsi
Güclü ünsiyyət və insanlarla işləmə bacarığı
MS Office, xüsusilə MS Excel proqramında işləmə bacarığı
Satış prinsipləri və müştəri xidməti təcrübələrini yaxşı bilməsi
Sənədlər və müqavilələrlə işləmək bacarığı
Azərbaycan dili səlis olmalıdır
İngilis dili arzuolunandır
Şəxsi bacarıqlar
Yüksək ünsiyyət bacarıqları
Xidmət yönümlü yanaşma
Zamanı düzgün idarə edən, məsuliyyətli və özünü motivasiya edən şəxs
Öyrənməyə həvəsli olmaq
İnsanlarla işləməyi sevən, pozitiv komanda yoldaşı
Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini Subject/“Satış Mütəxəssisi” qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
