Vakansiya haqqında
Təsvir
Sorğular əsasında təchizatçılarda virtual kateqoriyaya aid məhsulların olub-olmadığını dəqiqləşdirmək və satışa məsul tərəflərə geri bildirim vermək;
Məhsul sifarişi prosesini, anbardan çatdırılmanı və sorğulara uyğun şəkildə müştərilərə yönləndirilməsini təşkil etmək;
Ödəniş planını hazırlamaq və maliyyə şöbəsinə müvafiq hesabatları təqdim etmək;
Geri qaytarılmış və ya texniki problemli məhsulların sənədləşdirilərək təchizatçıya qaytarılmasını təmin etmək, maliyyə əməliyyatlarını izləmək;
Saytda hər gün “mövcud deyil” statusunda olan məhsulları silmək;
Həftə ərzində təchizatçılarda olmayan məhsulların statusunu yeniləmək, mövcud olduqda sayta əlavə edilməsini təmin etmək;
Təchizatçı nümayəndələri ilə daimi əlaqə qurmaq, ERP sistemi və saytda edilən dəyişikliklər, yeniliklərin tətbiqi ilə bağlı müzakirələr aparmaq;
Təchizatçılardan gündəlik və həftəlik ehtiyat hesabatlarını qəbul etmək, məlumatların ERP sisteminə və sayta inteqrasiyasını dəstəkləmək;
Qurumlararası müzakirələrə əsasən qaydaların, sxemlərin, şablonların hazırlanmasında və hesabatların tərtibində iştirak etmək;
Təchizatçıların iş keyfiyyəti və ümumi konversiya üzrə gündəlik və aylıq hesabatları CRM məlumatları əsasında hazırlamaq;
Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
Tələblər
Ali təhsil;
Azərbaycan və rus dillərini səlis bilmək;
Satış sahəsində minimum 2 il iş təcrübəsi;
Məhsullar üzrə biliklər;
Microsoft Office proqramlarında işləmə bacarığı (Word, Excel, Outlook);
Analitik düşünmə qabiliyyəti;
Nəticəyönümlülük;
Məsuliyyətlilik və inkişaf etməyə meyillilik;
Komanda ilə işləmək bacarığı.
Biz nə təklif edirik?
Rəqabətli əmək haqqı və performansa əsaslanan motivasiya imkanları;
Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
Müasir və rahat ofis şəraiti;
Peşəkar və əməkdaşlığa əsaslanan komanda mühiti;
Yeni bilik və bacarıqların inkişaf etdirilməsi imkanı.
Qeyd: Yalnız vakansiyanın tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq.
Vakansiya növü: Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
