Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Nimpex

Satınalma mütəxəssisi

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Şirkətimizə yerli və xarici bazarlarda məhsul və avadanlıqların araşdırılması, uyğun təchizatçıların müəyyənləşdirilməsi və satınalma prosesinin idarə olunması üçün təcrübəli xanım Satınalma Mütəxəssisi tələb olunur. Tələblər: Xanım namizəd; Satınalma sahəsində ən azı 3-5 il iş təcrübəsi; Azərbaycan, rus və ingilis dillərində sərbəst ünsiyyət bacarığı; Yerli və xarici təchizatçılarla işləmək təcrübəsi; Danışıqlar aparmaq və kommersiya təkliflərini dəyərləndirmək bacarığı; MS Office proqramlarında sərbəst işləmək bacarığı; Məsuliyyətli, çevik və analitik düşüncəyə malik olmaq; İT və telekommunikasiya sahəsində satınalma təcrübəsi olan namizədlərə üstünlük veriləcək. Vəzifə öhdəlikləri: Yerli və xarici bazarlardan tələb olunan məhsulların araşdırılması və satın alınması; Təchizatçılarla danışıqların aparılması və qiymət təkliflərinin alınması; Satınalma sənədlərinin hazırlanması və sifarişlərin izlənməsi; Çatdırılma prosesinə nəzarət edilməsi; Bazar araşdırmalarının aparılması və alternativ təkliflərin hazırlanması; Sifarişlərin hazırlanması və təchizat prosesinin izlənilməsi; Xarici bazarlarda məhsulların və alternativ təchizatçıların araşdırılması; İdxal və logistika proseslərinin koordinasiyasında iştirak. Təklif edirik: İş qrafiki: 5 günlük iş həftəsi; Əmək haqqı: müsahibə əsasında; Karyera və peşəkar inkişaf imkanları; Stabil və peşəkar iş mühiti. CV-lərinizi Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. Mövzu hissəsində “Satınalma Mütəxəssisi” qeyd edilməlidir.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.