Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Kensington

Keyfiyyət üzrə mühəndis

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Vəzifə öhdəlikləri: Tikinti işlərində beton və armatur işlərinin layihə sənədləri, texniki spesifikasiyalar və müvafiq normativ tələblərə uyğun icrasına nəzarət etmək. Armaturun düzgün quraşdırılması, qoruyucu beton qatının yoxlanılması, betonun qəbul prosesi, nümunələrin götürülməsi və sınaq nəticələrinin qiymətləndirilməsi üzrə biliklərə malik olmaq. ITP, Method Statement, yoxlama checklist-ləri, RFI/NFI və NCR kimi keyfiyyət sənədlərini hazırlamaq və idarə etmək. Uyğunsuzluqları aşkar etmək, müvafiq hesabatları hazırlamaq və keyfiyyətə nəzarət proseslərini səmərəli şəkildə təşkil etmək. Təsdiqlənmiş Keyfiyyət Planının (Quality Plan), İşin İcra Metodunun (Method Statement) və Yoxlama və Sınaq Planlarının (ITP) layihə sahəsində tətbiqinə nəzarət etmək. ITP-də müəyyən edilmiş hold point, witness point, inspection və test fəaliyyətlərinin vaxtında yerinə yetirilməsini izləmək. Tələb olunan yoxlama və sınaqların nəticələrini, protokollarını və müvafiq keyfiyyət qeydlərini nəzərdən keçirmək. Tikinti sahəsində mütəmadi keyfiyyət yoxlamaları və inspeksiyalar aparmaq. İstehsalat prosesi zamanı aşkarlanan keyfiyyət riskləri, qüsurlar və uyğunsuzluqlar barədə Layihə Nəzarəti rəhbərini məlumatlandırmaq. Keyfiyyət üzrə aparılmış yoxlamaların nəticələrini sənədləşdirmək və müvafiq hesabatları hazırlamaq. Namizədə tələblər: İnşaat mühəndisliyi və ya uyğun texniki ixtisas üzrə ali təhsil. Tikinti sahəsində keyfiyyətə nəzarət üzrə ən azı 3 il iş təcrübəsi. Tikinti norma və standartları, texniki şərtlər və keyfiyyətə nəzarət prinsipləri barədə bilik. Layihə və texniki sənədləri oxumaq və təhlil etmək bacarığı. Tikinti materialları və onların keyfiyyət göstəriciləri haqqında məlumatlılıq. MS Office proqramlarında işləmək bacarığı. Sənədləşmə və hesabatların hazırlanması bacarığı. Üstünlük hesab olunur: ISO 9001, 14001 və 45001 standartları üzrə bilik. QA/QC sahəsində iş təcrübəsi. Böyük tikinti layihələrində iştirak təcrübəsi. Müvafiq peşəkar sertifikatların olması. İş şəraiti İş qrafiki: I-V günlər, saat 09:00-dan 18:00-a kimi Əmək haqqı: Namizədin bilik, bacarıq və peşəkar təcrübəsi nəzərə alınmaqla müəyyən ediləcəkdir. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.