Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Meqa Sığorta ASC

Operator (axşam-gecə növbəsi)

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Struktur bölmə: Biznesin inkişafı departamenti, Çağrı Mərkəzi Vəzifə öhdəlikləri: Gələn zəngləri operativ və peşəkar şəkildə cavablandırmaq; Müştəri sorğularını dəqiq şəkildə cavablandırmaq və dolğun məlumat təqdim etmək; Şikayətləri dinləmək, ilkin həll variantları təklif etmək və aidiyyəti bölmələrə yönləndirmək; Sığorta məhsulları və xidmətləri barədə ətraflı, düzgün məlumat vermək; Müştəri məmnuniyyətinin təmin edilməsinə dəstək göstərmək; CRM sistemində müştəri məlumatlarını daxil etmək və yeniləmək. Namizədə olan tələblər: Təhsil: Ali və ya orta ixtisas təhsili; İş təcrübəsi: Tələb olunmur; Azərbaycan dilində yazılı və şifahi ünsiyyətin mükəmməl səviyyədə olması, rus və/və ya ingilis dili biliyi arzuolunandır; MS Office proqramları ilə yüksək səviyyədə işləmək bacarığı; Dəqiq, məsuliyyətli olmaq və güclü yazılı-şifahi kommunikasiya bacarıqlarına sahib olmaq. İş şərtləri: Azərbaycan Respublikasının əmək məcəlləsinə uyğun sənədləşmə; İş vaxtı: 40 saatlıq, 6 günlük iş həftəsi, axşam-gecə növbəsi; İş yeri: Bakı şəhəri. İmtiyazlar: Karyera və peşəkar inkişaf üçün imkanlar; Peşəkar komandada çalışma imkanı; Tibbi sığorta təminatı; Push30.az xidməti vasitəsilə fitnes mərkəzlərinə üzvlük; Meqa Sığorta ASC-nin Təlim Akademiyasında peşəkar inkişaf təlimlərində iştirak imkanı. Zəhmət olmasa, mövzu hissəsində “Operator” qeyd etməklə CV-nizi Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərin. Vakansiya tələblərinə uyğun gələn namizədlər müsahibəyə dəvət olunacaq.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.