Vakansiya haqqında
Rol haqqında:
Problemli Kreditlər üzrə İşçi şirkətə məxsus gecikmədə olan kredit portfelinə mərkəzləşdirilmiş qaydalara əsasən nəzarət edir, müştərilərlə keyfiyyətli danışıqlar aparır və səmərəli ünsiyyət yolu ilə geri ödənişin təmin olunmasına cavabdehdir.
Vəzifə öhdəlikləri
Təyin edilmiş problemli (Hard) kredit portfelinin səmərəli idarə olunması
Borcalanlarla mütəmadi əlaqənin saxlanılması və borcun qaytarılması üzrə danışıqların aparılması
Məhkəmə qərarı olan kredit hesabları üzrə məcburi icra tədbirlərinin icrasına nəzarətin təmin edilməsi
İcra tədbirlərində gecikmə halları müəyyən olunduqda, dərhal hüquqşünaslara məlumat verilməsi və proseslərin koordinasiya edilməsi
Problemli kreditlərin təhlili, risklərin müəyyənləşdirilməsi və müvafiq hesabatların hazırlanması
Kredit portfelinin keyfiyyətinin yüksəldilməsi və bərpa göstəricilərinin artırılması üçün təkliflərin hazırlanması
Tələblər
Ali təhsil, iqtisadiyyat, maliyyə və ya hüquq sahəsi üzrə olması üstünlükdür
Bank və ya kredit təşkilatında problemli kreditlərlə, o cümlədən məhkəmə qərarı olan hesablarla iş üzrə minimum 6 ay təcrübə
Çətin müştərilərlə işləmək, danışıqlar aparmaq və konfliktləri idarə etmək bacarığı
Analitik düşüncə tərzi, yüksək məsuliyyətlilik və operativlik
Azərbaycan dilində sərbəst, səlis və aydın ünsiyyət bacarığı
Vakansiya növü
Tam ştat
İmtiyazlar
Tibbi Sığorta (işçini əhatə edən)
Push30
Maraqlanan namizədlər “Müraciət et” düyməsində göstərilən link vasitəsilə müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
