Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Bio Estetik MMC

Xarici satınalma üzrə kiçik mütəxəssis

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Vəzifə öhdəlikləri Yerli və xarici təchizatçıların araşdırılması, yeni təchizatçı bazasının formalaşdırılması; Məhsul və avadanlıqlar üzrə qiymət təkliflərinin toplanması və müqayisəli təhlilinin aparılması; Təchizatçılarla danışıqların və yazışmaların həyata keçirilməsi; Məhsullar üzrə kataloq, qiymət və texniki göstəricilər barədə məlumatların əldə olunması; Satınalma sifarişlərinin hazırlanması və tədarük prosesinin izlənilməsi; Sənədləşmə, logistika və gömrük/idxal proseslərinə dəstəyin göstərilməsi; Təchizatçılarla mövcud əlaqələrin idarə olunması və koordinasiya edilməsi. Namizədə tələblər Satınalma, təchizat və ya logistika sahəsində 1 ildən artıq iş təcrübəsi; İngilis dili bilikləri mütləqdir; Rus dili bilikləri mütləqdir; MS Office proqramlarında sərbəst işləmək bacarığı; Güclü ünsiyyət, danışıqlar aparmaq və araşdırma aparmaq bacarığı; Məsuliyyətli, diqqətli və analitik düşüncə tərzinə sahib olmaq; Öyrənməyə və peşəkar inkişafa həvəsli olmaq. Biz nə təklif edirik? Satınalma proseslərinin və şirkətin daxili satınalma prosedurlarının öyrənilməsi; Satınalma və təchizat zəncirinin idarə olunması sahəsində praktiki təcrübə; Peşəkar və inkişaf yönümlü iş mühiti; Namizədin bilik və bacarıqlarına uyğun rəqabətqabiliyyətli əməkhaqqı. İş şəraiti İş yeri: Bakı, ofisdaxili İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00 – 18:00 Şənbə: 10:00 – 18:00 Əməkhaqqı: Razılaşma yolu ilə Müvafiq tələblərə cavab verən namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına, mövzu hissəsində “Xarici Satınalma üzrə mütəxəssis” yazaraq göndərmələri xahiş olunur.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.