Vakansiya haqqında
Vəzifə öhdəlikləri
Elektrik avadanlıqlarının, şəbəkələrin və sistemlərin təhlükəsiz və dayanıqlı işləməsinə nəzarət etmək.
Elektrik xətlərinin, panellərin və digər qurğuların quraşdırılması, sazlanması və istifadəyə verilməsini həyata keçirmək.
Aşkar olunan nasazlıqları aradan qaldırmaq və təmir işlərini vaxtında yerinə yetirmək.
Elektrik təchizatı sistemlərinə mütəmadi texniki baxış keçirmək və profilaktik xidmət göstərmək.
Elektrik avadanlıqlarının iş rejiminə uyğun şəkildə işləməsinə nəzarət etmək.
Təhlükəsizlik texnikası, yanğın təhlükəsizliyi və əməyin mühafizəsi qaydalarına ciddi əməl etmək.
Gündəlik görülən işlər üzrə hesabat hazırlamaq və aidiyyəti şöbəyə təqdim etmək.
Yeni layihələrin icrasında texniki dəstək göstərmək və layihə üzrə elektrik işlərini yerinə yetirmək.
İstehsalatda qəza hallarının qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görmək.
İş prosesində istifadə olunan elektrik alət və cihazlarının saz vəziyyətdə saxlanmasına diqqət yetirmək.
İş şəraiti
5 günlük iş rejimi, saat 09:00-18:00 arası
Şirkət tərəfindən nahar təmin edilir
Əmək haqqı razılaşma əsasında müəyyən olunur
Vakansiya ilə maraqlanan namizədlər şəkilli CV-lərini Müraciət et düyməsində göstərilən elektron ünvanına göndərə bilərlər. Məktubun Subject/Mövzu hissəsində Elektrik ustası qeyd olunmalıdır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
