Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
Verilmiş texniki tapşırıq və brif əsasında ilkin eskizlərin, 3D modellərin və renderlərin hazırlanması;
Dizayn prosesində formalaşan işin texniki detallarını bilmək və nəzərə almaq;
Material seçimi, işıqlandırma və struktur uyğunluğuna əsasən realistik vizualizasiyalar yaratmaq;
Layihələrin başlanğıc mərhələsində ətraflı araşdırma aparmaq, sahə analizləri etmək və ilkin dizayn yanaşmasını formalaşdırmaq;
Layihələndirmə məlumatlarını təhlil etmək, ehtiyac və məqsədlərə uyğunluq barədə rəhbərliyə tövsiyələrlə birlikdə hesabat təqdim etmək;
Layihələndirmə məlumatlarının Azərbaycan Respublikasının qanunvericiliyinə, şəhərsalma və tikintiyə dair normativ sənədlərə, eləcə də əvvəlcədən müəyyən edilmiş beynəlxalq standartlara uyğun hazırlanmasını təmin etmək;
Tələblər:
Ali təhsil (müvafiq sahə üzrə);
Memar vəzifəsində 5 il iş təcrübəsi;
Kompüter bilikləri: SketchUp, AutoCAD, ArchiCAD, 3Dsmax, Adobe Photoshop, V-Ray, Corona və s.;
Tikinti norma və qaydaları üzrə biliklər;
İşin vaxtında və yüksək keyfiyyətlə təhvil verilməsi, həm müstəqil, həm də komanda daxilində işləmək bacarığı.
Ümumi məlumat:
İş yeri: Bakı şəhəri;
İş rejimi: 5 gün, 09:00–18:00;
Nahar fasiləsi: 13:00–14:00;
Əmək haqqı: 2500 AZN;
İşə qəbul Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən həyata keçirilir.
Uyğun namizədlər Portfolio və CV-lərini Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
