Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Toyuq N1 MMC

İstehsalat rəhbəri

İmişliMənbə: Vezife.az

Vakansiya haqqında

Əsas tələblər Ali təhsil. Qida mühəndisliyi və ya baytarlıq istiqamətində olması arzu edilir; İstehsalat sahəsində, xüsusilə quş əti emalı və ya kəsim müəssisəsində 3-5 il iş təcrübəsi; İstehsalat rəhbəri və ya növbə rəhbəri kimi idarəetmə təcrübəsi; Quş əti, yəni toyuq kəsim xəttinin texnoloji proseslərini praktiki bilməsi; BRC, IFS, ISO 22000 (HACCP) və halal kəsim standartları haqqında bilik; MS Office proqramlarından istifadə bacarığı. Vəzifə öhdəlikləri Gündəlik, həftəlik və aylıq istehsal, yəni kəsim planlarının hazırlanması; İstehsal və kəsim planlarının vaxtında icrasını təmin etmək; Kəsim xəttinin məhsuldarlığını və fasiləsiz işləməsini nəzarətdə saxlamaq; İstehsalat itkilərini minimum səviyyədə saxlamaq; İstehsalat avadanlıqlarından düzgün və təyinatına uyğun istifadə olunmasına nəzarət etmək; Avadanlıqların texniki vəziyyətinə hər gün nəzarət etmək; BRC, IFS, ISO 22000 (HACCP) və halal kəsim standartlarını bilmək və tətbiq etmək; HACCP planı və kritik nəzarət nöqtələri üzrə tələblərə əməl olunmasını təmin etmək; Tabeçiliyində olan əməkdaşların istehsalat sahəsində, yəni kəsimxanada keyfiyyət standartlarına riayət etməsinə nəzarət etmək; Tabeçiliyində çalışan işçilərin əməyin təhlükəsizliyi, yanğın təhlükəsizliyi və biotəhlükəsizlik qaydalarına əməl etməsinə nəzarət etmək; İstehsal və kəsim prosesləri, eləcə də istehsalat və kəsimxana prosedur və qaydalarını hazırlamaq; İstehsalatda çalışan əməkdaşları istehsal və kəsim texnologiyaları, biotəhlükəsizlik və keyfiyyət standartları barədə təlimatlandırmaq; İstehsal üçün göndərilən ev quşlarının, yəni toyuqların kəsimxanaya qəbulunu həyata keçirmək; Keyfiyyətə nəzarət, baytarlıq, anbar və texniki şöbə ilə davamlı koordinasiyada işləmək; İstehsalat hesabatlarını, xammal sərfini və məhsul balansını hazırlamaq; Gündəlik, həftəlik, aylıq və digər istehsalat hesabatlarını tərtib edib rəhbərliyə və aidiyyəti strukturlara təqdim etmək. İş yeri İmişli rayonundadır. Maraqlanan namizədlərdən mövzu hissəsində vakansiyanın adını qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.