Vakansiya haqqında
Biznes mərkəzimiz üçün peşəkar ünsiyyət bacarığı olan, məsuliyyətli və təşkilatçılığı güclü olan qeydiyyatçı axtarılır.
Qeydiyyatçı biznes mərkəzinə daxil olan qonaqların qarşılanması, burada fəaliyyət göstərən şirkətlərlə gündəlik əlaqələrin qurulması, müraciətlərin cavablandırılması və inzibati proseslərin əlaqələndirilməsində iştirak edəcək.
Vəzifə öhdəlikləri
Biznes mərkəzinə gələn qonaqları, müştəriləri və işgüzar tərəfdaşları qəbul etmək, qeydiyyatını aparmaq və uyğun istiqamətə yönləndirmək;
Biznes mərkəzində fəaliyyət göstərən şirkətlərin nümayəndələri ilə gündəlik işgüzar əlaqəni təmin etmək;
İcarədar şirkətlərin müraciət və sorğularını qəbul etmək, müvafiq məsələlərin həlli üçün aidiyyəti struktur bölmələri ilə koordinasiya aparmaq;
Şirkətlərin inzibati, texniki və təsərrüfat məsələləri ilə bağlı müraciətlərinin məsul şəxslərə çatdırılmasını və icra vəziyyətinin izlənilməsini təmin etmək;
Daxil olan telefon zənglərinə və elektron müraciətlərə cavab vermək, lazım gəldikdə aidiyyəti şəxslərə yönləndirmək;
Biznes mərkəzinə daxil olan məktubları, sənədləri və digər yazışmaları qəbul etmək, qeydiyyatını aparmaq və uçotunu təmin etmək;
Daxil olan məktub və sənədlərin aidiyyəti şirkətlərə, onların nümayəndələrinə və ya məsul şəxslərə vaxtında və düzgün şəkildə çatdırılmasını təmin etmək;
Biznes mərkəzində keçirilən görüşlər və tədbirlər barədə məlumatlandırma və təşkilati dəstək göstərmək;
İcarədar şirkətlərə biznes mərkəzinin daxili qaydaları, mövcud xidmətləri və istifadə prosedurları haqqında məlumat vermək;
Qonaqların və şirkət nümayəndələrinin qeydiyyatını, müraciətlərini və zəruri məlumatları qaydasında qeyd etmək;
Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək;
Qeydiyyat sahəsində nizam-intizamı və peşəkar xidmət standartlarını qorumaq.
Namizədə dair tələblər
Ali təhsil;
Azərbaycan və ingilis dillərini səlis bilmək, rus dilini bilmək üstünlükdür;
Güclü ünsiyyət, təqdimat və müştəri xidməti bacarıqları;
Kompüter və ofis proqramlarından istifadə bacarığı;
Sənədləşmə və inzibati işlərin aparılması üzrə biliklər;
Məsuliyyətlilik, diqqətlilik, operativlik və problem həll etmə bacarığı;
İşgüzar yazışma və telefon danışıqları aparmaq bacarığı;
Komandada işləmək, işləri koordinasiya etmək və bir neçə tapşırığı paralel yerinə yetirmək bacarığı;
Müvafiq sahədə iş təcrübəsi arzuolunandır.
Vakansiya ilə maraqlanan namizədlər şəkilli CV-lərini, müraciət etdikləri vəzifənin adını qeyd etməklə, Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
