Vakansiya haqqında
Vəzifə öhdəlikləri
Zal stansiyası və xidmət
Qonaqları səmimi şəkildə qarşılamaq, menyunu təqdim etmək və sifarişləri dəqiq qəbul etmək
Sifarişlərin vaxtında və təqdimat standartlarına uyğun çatdırılmasına nəzarət etmək
Masanın, oturacaqların, zalın ümumi təmizliyini və masaüstü ləvazimatların (duz, istiot, salfet və s.) kifayət qədər olmasını yoxlamaq
Boş qabların və tullantıların dərhal yığılaraq masaların təmizlənməsini təmin etmək
Növbə başında və sonunda zal stansiyasını işə hazırlamaq və təhvil vermək
Müştəri məmnuniyyəti
Qonaqlara diqqətli və gülərüz xidmət göstərərək xoş atmosfer yaratmaq
Qida allergiyası və ya xüsusi pəhriz tələbi olan müştərilərə menyu seçimi ilə bağlı düzgün yönləndirmə vermək
Müştəri şikayətlərini sakit şəkildə dinləmək və həlli üçün dərhal Növbə Menecerinə məlumat vermək
Qonaqların rəy və təkliflərini qeydə alaraq rəhbərliyə çatdırmaq
Satış və əməliyyatlar
Yeni məhsulları, promo-aksiyaları və xüsusi təklifləri qonaqlara fəal şəkildə təqdim etmək
Əlavə satış üsullarından (Upselling / Cross-selling) istifadə edərək orta çeki artırmaq
Sifarişləri Kassa / POS sisteminə dərhal və səhvsiz daxil etmək
Hesabı vaxtında təqdim etmək və ödənişləri nağd və ya nağdsız formada tam, dəqiq həyata keçirmək
Məsuliyyət, gigiyena və təhlükəsizlik
Restoranın avadanlıqlarına, qab-qacağa və əsas vəsaitlərinə diqqətlə yanaşmaq
Şəxsi gigiyena, uniforma və Qida Təhlükəsizliyi standartlarına tam riayət etmək
Xammal və resurslardan qənaətlə istifadə olunmasına töhfə vermək
Tələblər
Təhsil: orta və ya ali
Yaş həddi: 18 – 35
Gülərüz, səliqəli, məsuliyyətli və operativ işləmə bacarığı
Komandada işləməyə həvəs və çevik öyrənmə qabiliyyəti
Karyera yüksəlişinə maraq və inkişaf istəyi
İş şəraiti və üstünlüklər
Rəsmiləşdirmə: Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun
İş qrafiki: 6 günlük, növbəli
Əməkhaqqı: 500 AZN (net) + əlavə iş saatlarına görə ödəniş
Qidalanma: şirkət tərəfindən nahar təmin edilir
Karyera imkanları: pulsuz təlimlər, gənc və dinamik kollektivdə sürətli karyera artımı
Maraqlanan şəxslər 077-438-14-15 əlaqə nömrəsinə yazmaqla əlaqə saxlaya bilər və ya Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq vəzifəni göstərərək vakansiyaya müraciət edə bilər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
