Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

EuroClima MMC

İstilik sistemləri üzrə usta – kombi ustası

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Vəzifə öhdəlikləri Kombilərin mütəmadi texniki yoxlanışını həyata keçirmək; İstilik dəyişdiricisi, filtrlər və digər hissələrin təmizlənməsini aparmaq; Sistem təzyiqini və su dövranını yoxlamaq; Avadanlıqlarda profilaktik təmizləmə və texniki qulluq işlərini yerinə yetirmək; Kombilərdə yaranan xəta kodlarını müəyyən etmək və səbəblərini araşdırmaq; Elektron plata, nasos, sensor, üçgedişli klapan və digər komponentləri yoxlamaq; Nasaz ehtiyat hissələrini təmir etmək və ya dəyişdirmək; İstilik və isti su təchizatında baş verən nasazlıqları aşkar edib aradan qaldırmaq. Namizədə tələblər Kombi və istilik sistemlərinin texniki xidməti sahəsində iş təcrübəsi; Kombilərin quruluşu və iş prinsipi barədə praktiki biliklər; Elektrik və mexaniki nasazlıqları müəyyən edə bilmək; Xəta kodlarının düzgün diaqnostikasını aparmaq bacarığı; Məsuliyyətli və operativ yanaşma; Komandada işləmək bacarığı; Yaş həddi: 50 yaşadək. Şərtlər Ünvan: Bakı, N. Nərimanov rayonu, Əhməd Rəcəbli küç. 51K; Əmək haqqı namizədin təcrübəsi, peşəkarlığı və iş bacarığı nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən edilir; 6 günlük iş qrafiki. Yuxarıda göstərilən tələblərə uyğun namizədlər mövzu hissəsində “İstilik sistemləri üzrə usta” qeyd etməklə CV-lərini a.fermanli@euroclima.az və fuad@euroclima.az ünvanlarına göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.