Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

M Bulak BOKT MMC

Kredit mütəxəssisi

SabirabadMənbə: Vezife.az

Vakansiya haqqında

Vəzifə tələbləri: Ali və ya orta ixtisas təhsili; Kredit və ya maliyyə sahəsində ən azı 1 il iş təcrübəsi; Analitik düşünmə və riyazi təhlil aparmaq bacarığı; Stress altında işləmək qabiliyyəti; Məsuliyyətli, dəqiq və komanda ilə işləmə bacarığı; Kredit məhsulları, maliyyə təhlili və kredit riskləri barədə biliklər; Güclü ünsiyyət, təqdimat və müştərilərlə işləmək bacarığı. İşin təsviri: Yeni müştərilərin cəlb olunması və aktiv satış fəaliyyətinin həyata keçirilməsi; Mövcud müştərilərlə əlaqələrin saxlanılması və müştəri bazasının genişləndirilməsi; Müştərilərə kredit məhsulları, şərtləri və müraciət prosesi haqqında ətraflı məlumat verilməsi; Kredit müraciətlərinin qəbul edilməsi, ilkin qiymətləndirilməsi və müştərilərin ödəmə qabiliyyətinin təhlili; Kredit sənədlərinin düzgün və tam şəkildə hazırlanmasının təmin olunması; Kredit portfelinin formalaşdırılması, idarə edilməsi və ödənişlərə nəzarət edilməsi; Müəyyən edilmiş kredit hədəflərinin icra olunması; Şirkətin daxili qaydalarına, kredit siyasətinə və xidmət standartlarına riayət edilməsi. İş şəraiti: İş vaxtı 09:00-18:00 dək; Azərbaycan Respublikası Əmək məcəlləsinə uyğun sənədləşmə; İş yeri: Sabirabad şəhəri; Əmək haqqı razılaşma yolu ilə. Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına “Kredit mütəxəssisi” başlığı ilə göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.