Vakansiya haqqında
Əməkhaqqı: 800 AZN
Vəzifə öhdəlikləri
CCTV, elektrik və LAN kabellərini tanımaq və onları təyinatına uyğun şəkildə istifadə etmək;
Analoq kameralar üçün kabel çəkilişini və quraşdırmanı yerinə yetirmək, DVR/XVR cihazlarını sazlamaq;
İP kameralar üzrə kabel çəkilişi və montaj işlərini görmək, NVR cihazlarını sazlamaq;
Səs sistemlərinin kabelləşdirilməsini və sazlanmasını həyata keçirmək;
İP kameralar üçün LAN kabel başlıqlarını (RJ45/JACK) düzgün şəkildə vurmaq;
Şəbəkə sistemləri və avadanlıqları barədə ilkin biliklərə sahib olmaq;
Kamera və təhlükəsizlik sistemlərində yaranan texniki nasazlıqları aşkar etmək və aradan qaldırmaq.
Namizədə tələblər
Kamera və təhlükəsizlik sistemlərinin quraşdırılması sahəsində praktik bilik və bacarıqlara malik olmaq;
Kabel çəkilişi, montaj və cihazların sazlanmasını bacarmaq;
Sürücülük vəsiqəsinin olması;
Məsuliyyətli, diqqətli olmaq və komanda ilə işləmə bacarığına sahib olmaq;
Texniki təhlükəsizlik qaydalarına riayət etmək.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində “Kamera quraşdırılması üzrə usta” qeyd olunmalıdır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
