Vakansiya haqqında
İş şəraiti
İş qrafiki: Bazar ertəsi – Cümə
Əməkhaqqı: Net 2000 AZN
Namizədə dair tələblər
Təhsil: Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya biznesin idarə edilməsi üzrə ali təhsil.
İş təcrübəsi: Müvafiq sahədə, xüsusilə istehsalat, tikinti, ticarət və ya xidmət sektorunda minimum 3–5 il təcrübə. Aparıcı mühasib və ya baş mühasib müavini kimi işləyənlərə üstünlük verilir.
Vacib bilik və bacarıqlar
Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Əmək Məcəlləsi və Mühasibat Uçotu Standartları, yaxud İFRS əsasları üzrə yüksək səviyyədə bilik.
1C proqramında sərbəst işləmək bacarığı (8.3 və ya uyğun versiyalar).
MS Excel-də qabaqcıl səviyyə bilik: mürəkkəb düsturlar, pivot cədvəllər və hesabatların hazırlanması.
Arzuolunan üstünlüklər
ACCA F3 və ya PMS sertifikatının olması üstünlük sayılır.
Dil bilikləri
Azərbaycan dili: sərbəst və ya əsas səviyyə, işgüzar yazışma və şifahi ünsiyyət üçün.
İngilis və rus dilləri: arzuolunandır.
Şəxsi keyfiyyətlər
Güclü analitik düşüncə, diqqət və detallara həssas yanaşma.
Yüksək məsuliyyət hissi və komanda daxilində səmərəli işləmək bacarığı.
Gərgin iş şəraitində operativ və düzgün qərar vermək qabiliyyəti.
Əsas vəzifə öhdəlikləri
İlkin mühasibat sənədlərinin, o cümlədən elektron qaimə-fakturaların, təhvil-təslim aktlarının, müqavilələrin, bank və kassa sənədlərinin qanunvericiliyə uyğunluğunu yoxlamaq və onları 1C proqramına dəqiq daxil etmək.
Əsas vəsaitlər, azqiymətli əşyalar və mal-material qiymətlilərinin daxilolması, silinməsi, yenidən qiymətləndirilməsi və amortizasiya uçotunu aparmaq.
Vergi, DSMF, işsizlikdən sığorta və statistika hesabatlarını qanunvericilikdə müəyyən olunmuş müddətlərdə hazırlamaq və aidiyyəti dövlət orqanlarına təqdim etmək.
E-qaimələrin hazırlanması və təsdiqi, ƏDV hesabatlarının tərtibi, eləcə də digər vergi öhdəliklərinin vaxtında yerinə yetirilməsinə nəzarət etmək.
Mənfəət vergisi, ödəniş mənbəyində tutulan vergi, həmçinin əmlak və torpaq vergilərinin hesablanmasını və bəyan edilməsini təmin etmək.
Təchizatçılar, müştərilər, subpodratçılar və digər kontragentlərlə mütəmadi üzləşmə aktları hazırlamaq, debitor və kreditor borclarını izləmək.
Debitor borclarının yaşlandırılması üzrə hesabatlar hazırlamaq və vaxtı keçmiş alacaqların izlənməsini həyata keçirmək.
İnternet-banking vasitəsilə daxili və xarici valyuta ödəniş tapşırıqlarını hazırlamaq, bank əməliyyatlarını icra etmək və bank hesablarının gündəlik qalıqlarına nəzarət etmək.
Maliyyə və mühasibat sənədlərinin qanunvericiliyə və daxili qaydalara uyğun şəkildə arxivləşdirilməsini, audit yoxlamaları üçün əlçatan olmasını təmin etmək.
Şirkətin daxili maliyyə prosedurlarına, daxili nəzarət qaydalarına və tətbiq olunan mühasibat standartlarına əməl etmək.
Birbaşa rəhbərin verdiyi digər maliyyə, vergi və mühasibat tapşırıqlarını vaxtında yerinə yetirmək.
Maraqlanan namizədlərdən xahiş olunur ki, CV-lərini mövzu hissəsində "Aparıcı mühasib" qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərsinlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
