Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Pharmaline Group

SMM - маркетолог

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Pharmaline 2016-cı ildən fəaliyyət göstərən, sağlamlıq məhsulları sahəsində çalışan beynəlxalq şirkətdir. Azərbaycan, Türkiyə, Avropa və Özbəkistanda fəaliyyət göstəririk və yeni bazarların inkişafını davam etdiririk. Şirkət sosial şəbəkələrin inkişafı üçün SMM-marketoloq axtarır. Bizə yalnız paylaşım yerləşdirən mütəxəssis deyil, marketinqi anlayan, müasir alətlərdən və süni intellektdən istifadə etməyi bacaran, ideya irəli sürən, onları test edən və sosial şəbəkələrin inkişafına məsuliyyətlə yanaşan şəxs lazımdır. Əsas vəzifələr Şirkətin sosial şəbəkələrini idarə etmək və inkişaf etdirmək; Kontent planı hazırlamaq və onu həyata keçirmək; Reels, Stories, paylaşımlar və reklam kreativləri üçün ideya və ssenarilər hazırlamaq; Kontent istehsalını təşkil etmək, sadə videolar çəkmək və montaj etmək; İşin daha sürətli və keyfiyyətli olması üçün AI alətlərindən istifadə etmək; Meta Ads-də reklam kampaniyalarını başlatmaq və optimallaşdırmaq; Kontent, reklam və rəqiblərin fəaliyyətini təhlil etmək; Yeni ideyaları, formatları və təşviq yanaşmalarını davamlı şəkildə test etmək. Tələblər Azərbaycan və rus dillərində sərbəst danışıq və yazı bacarığı; SMM sahəsində iş təcrübəsi; Portfolionun və real кейslərin mövcudluğu; Instagram və Meta Ads ilə işləmək bacarığı; Canva, CapCut və ya oxşar alətlərlə işləmə bacarığı; AI alətlərindən istifadə etməyi bilmək; SMM və reklamın əsas göstəricilərini anlamaq; Müstəqillik, təşəbbüskarlıq və nəticəyə görə məsuliyyət. Biz nə təklif edirik Sabit və inkişaf edən şirkətdə iş; Rəsmi məşğulluq; Bakı mərkəzində bütün şəraiti olan rahat ofis; Prosesləri yaxşılaşdırmaq və dəyişikliklər tətbiq etmək üçün səlahiyyətlər; Peşəkar və karyera yüksəlişi imkanı; Rəqabətli əməkhaqqı: sabit hissə + şöbə nəticəsinə görə bonus. Dəqiq şərtlər müsahibə nəticəsinə əsasən müzakirə olunur. Seçim mərhələləri CV-nin nəzərdən keçirilməsi; Qısa onlayn anket; HR ilə müsahibə; Rəhbərlə yekun müsahibə. CV-nizi “Müraciət et” düyməsində göstərilən elektron ünvanına “SMM - маркетолог” başlığı ilə göndərin.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.