Vakansiya haqqında
Vəzifə öhdəlikləri
Mağaza, servis mərkəzi və müştəri ünvanlarından məhsulların vaxtında və təhlükəsiz daşınmasını təmin etmək, həmçinin müştəri tərəfindən qəbul edilməyən məhsulları mağazaya qaytararaq müvafiq ünvanlara yenidən çatdırmaq;
Daşınan məhsulların təhvil-təslim prosesində tələb olunan sənədləşməni düzgün şəkildə yerinə yetirmək;
Müştərilər, şirkət əməkdaşları, bölmə və şöbələrlə ünsiyyətdə yüksək xidmət standartlarını qorumaq, müştəri məmnuniyyətini saxlamaq və korporativ ünsiyyət qaydalarına əməl etmək;
Mağazalardan, eləcə də digər şöbə və bölmələrdən təhvil alınan malların servisə və ya təyin edilmiş ünvanlara çatdırılmasını təmin etmək, bu prosesin təhlükəsizliyinə nəzarət etmək;
Ehtiyac yarandıqda, xüsusilə yükün həcmi artdıqda, təcili sifarişlər və ya çatdırılma sıxlığı zamanı prosesə dəstək vermək;
Daşınma zamanı malların bütövlüyünü qorumaq, yükləmə və boşaltma qaydalarına düzgün riayət etmək;
İdarə etdiyi avtomobilin saz vəziyyətdə olmasına nəzarət etmək, texniki durumunu hər gün yoxlamaq və müəyyən edilmiş qaydada vaxtında texniki baxışdan keçməsini izləmək;
Avtomobilin təmizliyinə və texniki xidmət intervalına nəzarət etmək;
Yol hərəkəti qaydalarına tam riayət etmək və qayda pozuntularına yol verməmək;
Təyin olunmuş tarixlərdə tapşırıqları düzgün şəkildə təhvil vermək.
Vəzifə tələbləri
Nəqliyyat vasitələrinin idarə olunması sahəsində minimum 1-3 il iş təcrübəsi;
Müvafiq kateqoriyalı sürücülük vəsiqəsi, B və C kateqoriyası;
Problem həll etmə bacarığı;
Operativ və düzgün qərar vermək bacarığı.
Baku Electronics-də sizi nələr gözləyir?
Özəl tibbi sığorta təminatı
Yığım həyat sığortası proqramına qoşulma imkanı
Push30 platformasında korporativ güzəştlər
Əməkdaşlara xüsusi güzəştlər və «BEnefit Club» tərəfdaş şəbəkəsinin eksklüziv təklifləri
Peşəkar təlimlər və daxili vakansiyalar vasitəsilə karyera yüksəlişi imkanları
İş şəraiti
İş yeri: Bakı şəhəri
İş qrafiki: 6 günlük / növbəli
Maraqlanan namizədlər Müraciət et düyməsində göstərilən link vasitəsilə müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
