Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Groupone

İsti bölüm aşpazı

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Əsas vəzifə öhdəlikləri Avropa mətbəxinə aid isti yeməklərin təsdiqlənmiş reseptlər və texnoloji kartlara uyğun hazırlanmasını təmin etmək; Ət, quş əti, balıq, tərəvəz, qarnir, sous və digər isti yemək tərkiblərinin düzgün şəkildə hazırlanmasını həyata keçirmək; Məhsulların ilkin emalı, porsiyalara ayrılması və bişirməyə hazırlanmasını müəyyən olunmuş standartlara əsasən yerinə yetirmək; Yeməklərin dadına, görünüşünə, temperaturuna, teksturasına və təqdimat keyfiyyətinə nəzarət etmək; Sifarişləri müəyyən edilmiş vaxt çərçivəsində, keyfiyyət tələblərini qorumaqla hazırlamaq; Hazırlıq zamanı reseptlərə, porsiya ölçülərinə və təqdimat qaydalarına dəqiq əməl etmək; Mətbəxdə qida təhlükəsizliyi, sanitar-gigiyena və şəxsi gigiyena qaydalarına ciddi riayət etmək; İş prosesində istifadə olunan avadanlıq və inventarın düzgün istismarını təmin etmək; Baş aşpazın və ya birbaşa rəhbərin tapşırıqlarını vaxtında və keyfiyyətlə icra etmək; Mətbəx komandası ilə əlaqəli işləmək və xidmət zamanı sifarişlərin fasiləsiz hazırlanmasına dəstək vermək. Namizədə dair tələblər İsti bölüm aşpazı vəzifəsi üzrə müvafiq iş təcrübəsi; Avropa mətbəxinin yeməkləri, hazırlanma üsulları və bişirmə texnikaları barədə praktiki biliklər; Sürətli iş mühitində diqqətli, operativ və keyfiyyətli işləmək bacarığı; Məsuliyyətli, səliqəli, intizamlı və detallara diqqətcil olmaq. İş şəraiti İş yeri: Bakı şəhəri İş qrafiki: Növbəli Əmək haqqı: 800-1000 Azn + tips Vakansiya ilə maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.