Vakansiya haqqında
İş barədə məlumat
Bölmənin işinin planlaşdırılması, təşkili və idarə olunması
Tabeliyində olan əməkdaşların fəaliyyətinə nəzarət etmək, onları təlimləndirmək və iş nəticələrini qiymətləndirmək
Tibbi otaqların müayinə və müalicə üçün hazırlanmasını təşkil etmək və təmin etmək
Sterilizasiya prosesinə rəhbərlik etmək
Klinika daxilində, o cümlədən ümumi inzibati binada təmizlik işlərinin təşkilinə və təmininə nəzarət etmək
Tibbi anbarı nəzarətdə saxlamaq; malın qəbulu və çıxışının uçotunu aparmaq, protokola uyğun saxlanmanı təmin etmək, sərfiyyata nəzarət etmək və inventarizasiyada iştirak etmək
İş fəaliyyəti ilə bağlı müvafiq dövri hesabatları hazırlamaq
Fəaliyyət sahəsinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək
İş rejimi: həftədə 6 gün
Rəqabətədavamlı əmək haqqı və dövri performans göstəricilərinə əsasən mükafat
Namizədə tələblər
Sahə üzrə minimum orta ixtisas təhsili
Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi
Səhiyyə sisteminin fəaliyyətini tənzimləyən əlaqədar qanunvericiliyin əsaslarını bilmək
Əməyin təşkilində orta və kiçik tibb heyətinin düzgün yerləşdirilməsi qaydalarını bilməsi
Epidemiya əleyhinə tədbirlərin aparılması prinsipləri, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydaları barədə anlayış
Azərbaycan dilində səlis danışıq bacarığı, rus dili üstünlükdür
MS Office proqramlarında sərbəst işləmək bacarığı
İdarəetmə və komandada işləmə bacarığı
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
