Vakansiya haqqında
İş şəraiti
İş yeri: AF Mall, Bakı
İş qrafiki: 5 gün, 10:00 – 18:00
Maaş: sınaq müddəti ərzində 700 AZN fiks + satış faizi; sınaq müddəti başa çatdıqdan sonra fiks maaş artırılacaq
PilatesLife komandasında satış və satınalma sahəsində fəaliyyət göstərəcək, həmçinin müxtəlif layihələrin idarə olunmasına qoşulacaq məsuliyyətli və çoxfunksiyalı əməkdaş axtarılır.
Əgər siz aktiv, operativ, təşəbbüskar və müasir iş prinsipləri ilə işləməyi sevən birisinizsə, komandada sizi görməkdən məmnun olarıq.
Əsas vəzifələr
Satış və satınalma proseslərinin əlaqələndirilməsi və idarə edilməsi
Təchizatçılarla danışıqların aparılması və əməkdaşlıq münasibətlərinin qurulması
Məhsul və xidmətlər üzrə qiymətlərin təhlil edilməsi
Sifarişlərin hazırlanması və prosesin izlənməsi
Müxtəlif layihə və tədbirlərin təşkili prosesində fəal iştirak
Şirkətin gündəlik əməliyyat işlərinə dəstək göstərilməsi
Hesabatların hazırlanması və məlumatların sistemləşdirilməsi
Komanda ilə razılaşdırılmış şəkildə işləmək
Ofis proqramlarında sənədlərlə işləmək və məlumat bazalarını idarə etmək
Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında yerinə yetirmək
Namizədə tələblər
Azərbaycan və rus dillərini sərbəst bilmək mütləqdir
İngilis dili biliyi üstünlük sayılır
Kompüter proqramları ilə yüksək səviyyədə işləmək bacarığı
MS Office proqramlarını yaxşı bilməsi
1C proqramı üzrə biliklər üstünlükdür
Analitik düşüncə və təşkilatçılıq qabiliyyəti
Çoxşaxəli iş mühitində işləmək bacarığı
Ünsiyyət və komanda ilə işləmək bacarığı
Məsuliyyətli, diqqətli və operativ olmaq
Biz nə təklif edirik
Rəsmi əmək müqaviləsi əsasında işə qəbul
Stabil və uzunmüddətli iş imkanı
Gənc, pozitiv və dəstəkçi komanda
Rahat və müasir iş mühiti
İnkişaf etmək və yeni layihələrdə iştirak imkanı
Dinamik və motivasiyaedici iş atmosferi
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
