Vakansiya haqqında
Vəzifələr və məsuliyyətlər
Mağazada satış əməliyyatlarını peşəkar və düzgün şəkildə həyata keçirmək.
Müştərilərlə fərdi yanaşma ilə ünsiyyət qurmaq və onları doğru istiqamətləndirmək.
Məhsulların xüsusiyyətlərini, üstünlüklərini və zəmanət şərtlərini müştərilərə aydın şəkildə izah etmək.
Mağazada təqdim olunan məhsulların dizayna uyğun, səliqəli düzülməsinə və ümumi vizual görünüşünə nəzarət etmək.
Yüksək satış göstəricilərinə çatmaq üçün aktiv və təşəbbüskar davranmaq.
Müştəri müraciət və şikayətlərini cavablandırmaq.
Satış meneceri və şirkətin digər şöbələri ilə səmərəli əməkdaşlıq etmək.
Gündəlik, həftəlik və aylıq satış hesabatlarını hazırlayaraq rəhbərliyə təqdim etmək.
Yeni və mövcud məhsullar barədə daim məlumatlı olmaq, biliklərini artırmaq üçün təlimlərdə iştirak etmək.
Anbarla əlaqədə olub məhsul ehtiyatlarına nəzarət etmək.
Tələb edilən bacarıqlar və təhsil
Orta ixtisas təhsili.
Elektronika sahəsində 1-3 il satış təcrübəsi arzuolunandır.
Satış metodları və müştəri psixologiyası barədə biliklər.
Azərbaycan və rus dillərində sərbəst danışıq, ingilis dili biliyi üstünlükdür.
1C proqramı ilə işləmək bacarığı.
Aktiv dinləmə və effektiv ünsiyyət bacarıqları.
Satış üsullarını tətbiq etmək və müştəri etirazlarını idarə etmək bacarığı.
Problemləri həll etmə və qərarvermə qabiliyyəti.
Komanda ilə işləmək və təşəbbüskarlıq.
İş saatları və əmək şərtləri
Əmək haqqı: 600 AZN (+ bonus)
İş qrafiki: Növbəli iş qrafiki.
İş yeri: Bakı, Fətəli xan Xoyski prospekti 14, Gənclik Mall.
Müraciət etmək istəyən namizədlərdən xahiş olunur ki, CV-lərini mövzu hissəsində “Satış məsləhətçisi” qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərsinlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
