Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Deluxe Park Qusar

Əyləncə meneceri

QusarMənbə: Vezife.az

Vakansiya haqqında

Məkan: Qusar rayonu, dağlıq istirahət zonası İş qrafiki: Tam iş günü, növbəli, müəssisədə yaşamaq şərti ilə İş haqqında Dağlıq ərazidə yerləşən Deluxe Park Qusar otel və restoran kompleksi ailəmizə qonaqların, həm böyüklərin, həm də uşaqların istirahətini daha maraqlı, dinamik və yaddaqalan edəcək, həm səhnə və aparıcılıq bacarığına, həm də texniki avadanlıqlarla işləmək qabiliyyətinə malik Əyləncə Meneceri dəvət olunur. Əsas öhdəliklər Şou və tədbirlərin təşkili: Otel və restoran qonaqları üçün gündəlik, həftəlik və bayram günlərinə uyğun əyləncə, animasiya və tematik şou proqramların planlaşdırılması və idarə edilməsi. Aparıcılıq: Tədbirlərdə, canlı musiqi gecələrində və yarışlarda aparıcı kimi çıxış etmək, auditoriyanı idarə etmək və yüksək əhval-ruhiyyə yaratmaq. Qapalı hovuz və açıq hava fəaliyyətləri Qapalı hovuz zonasında təhlükəsizlik qaydalarına riayət etməklə su idmanı oyunlarının, o cümlədən Aqua Polo, Su Voleybolu, Aqua Aerobika və uşaq yarışlarının təşkili. Dağlıq ərazinin imkanlarına uyğun açıq və qapalı hava fəaliyyətlərinin, intellektual oyunların, quest-lərin və idman yarışlarının keçirilməsi. Səs və texniki avadanlıq Tədbirlər zamanı səs sistemlərinin, mikşer pultu, mikrofonlar və dinamiklərin idarə olunması, sazlanması və texniki sazlığına nəzarət. Əlaqələrin koordinasiyası Dəvət olunan musiqiçilər, artistlər, aparıcılar və animatolar ilə işin əlaqələndirilməsi. Namizədə tələblər Otel, restoran, şou-biznes və ya tədbir təşkilatçılığı (Event) sahəsində ən azı 1-2 il iş təcrübəsi. Səlis diksiya və aparıcılıq bacarığı, səhnə sərbəstliyi, zəngin nitq və insanlarla asan ünsiyyət qurmaq qabiliyyəti. Səs sistemləri üzrə biliklər, səs aparatları, mikrofonlar və audio sistemlərlə sərbəst işləmək təcrübəsi. Dil bilikləri: Azərbaycan dili əla səviyyədə, Rus və ya İngilis dili bilikləri arzuolunandır. Uşaqlarla və böyüklərlə eyni dərəcədə ünsiyyət qura bilmək, təşəbbüskarlıq və yüksək enerjiyə malik olmaq. Məkan şərti: Qusar rayonunda yaşamaq və ya otel tərəfindən təmin olunan yaşayış yerində qalmaqla çalışmaq imkanı. Şirkət tərəfindən təklif olunur Əməkhaqqı: Müsahibə əsasında, namizədin təcrübə və bacarıqlarına uyğun olaraq. Təminat: Şirkət hesabına otel ərazisində qalma və gün ərzində 3 dəfə qidalanma. Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə. Dağ havasında, müasir otel-restoran kompleksində rahat və dinamik iş mühiti. Tələblərə cavab verən namizədlərdən CV-lərini, varsa aparıcılıq etdiyiniz tədbirlərdən video və ya foto portfolionu, mövzu hissəsində Əyləncə Meneceri qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron ünvanına göndərmələri xahiş olunur.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.