Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Falcon Finance

İstehlak kreditləri bölməsinin kiçik mütəxəssisi

XaçmazMənbə: Vezife.az

Vakansiya haqqında

BOKT “Falcon Finance” MMC (Xaçmaz, Xudat) İstehlak kreditləri bölməsinin kiçik mütəxəssisi vəzifəsi üzrə vakansiya açıq elan edir. Namizədin həm fərdi, həm də komanda daxilində səmərəli işləmək bacarığı olmalıdır. Elanın təsviri Ərazi: Xudat Maaş: Razılaşma İş rejimi: Tam iş günü (6 gün) Müqavilə: Əmək müqaviləsi Əsas vəzifələr Müştəri müraciətlərini qəbul etmək, təhlil etmək, kredit komitəsinə təqdim etmək və rəsmiləşdirmək; Gələn kredit analiz müraciətlərinin vaxtında icrasını və kreditləşdirmə üçün tələb olunan sənədlərin hazırlanmasını təmin etmək; Müştərilərlə uzunmüddətli əməkdaşlığın qorunması üçün operativ xidmət göstərmək, daxil olan tələb və şikayətləri yerində araşdırmaq; Kredit portfelinin keyfiyyətinə nəzarət etmək və müştərilərlə müntəzəm əlaqə saxlamaq; Tələblər Yaş: 21-35 yaş Təhsil: Ali təhsil Müvafiq sahə üzrə minimum 6 ay iş təcrübəsi Fərdi və komanda daxilində işləmə bacarığı Cins: Kişi Bank və ya bank olmayan kredit təşkilatında kredit mütəxəssisi kimi, eləcə də lombard sahəsində çalışan namizədlərə üstünlük verilir Yüksək ünsiyyət qurma və müştərilərlə işləmə bacarığı Microsoft Office proqramlarında, xüsusilə Word və Excel-də işləmək bacarığı Göstərilən tələblərə uyğun namizədlərdən xahiş olunur ki, CV-lərini “İstehlak kreditləri bölməsinin kiçik mütəxəssisi (Filialın adını qeyd edin)” başlığı ilə Müraciət et düyməsində göstərilən elektron ünvanına göndərsinlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.