Vakansiya haqqında
Namizədə dair gözləntilər və xüsusi tələblər:
Ali təhsil;
Azərbaycan və rus dillərində sərbəst danışıq;
Minimum 1 il iş təcrübəsi;
MS Office proqramlarında işləmək bacarığı;
Məsuliyyətli olmaq, güclü ünsiyyət qurmaq və komanda ilə işləmək bacarığı.
İş haqqında məlumat:
Müştərilərlə əlaqə quraraq sığorta məhsullarının satışını həyata keçirmək;
Müştəri tələblərini təhlil edib sığorta məhsulları üzrə təkliflər hazırlamaq;
Müştərilərlə əlaqə saxlayaraq onları şirkətin təqdim etdiyi təkliflərlə tanış etmək;
Fərqli satış kanalları vasitəsilə cəlb olunan müştərilərin sorğularını cavablandırmaq;
Təqdim edilən bazadakı müştərilərə göstərilən gün və saatlarda zəng etmək;
Şirkətə müraciət edən müştərilərə informasiya dəstəyi göstərərək keyfiyyətli xidmət təqdim etmək;
Rəhbərliyin tapşırığına əsasən görülən işlər üzrə müxtəlif hesabatlar hazırlamaq və satış hədəflərini yerinə yetirmək.
İş şərtləri:
İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
İş yeri: Bakı şəhəri, Akademik Həsən Əliyev küç 24;
Əmək haqqı: namizədin bilik və bacarıqlarına uyğun olaraq razılaşdırılacaq;
İmtiyazlar: Könüllü tibbi sığorta.
Qeyd olunan tələblərə uyğun namizədlərdən CV-lərini mövzu hissəsində vakansiyanın adını (Telesatış üzrə kiçik mütəxəssis) göstərməklə, Müraciət et düyməsində qeyd edilən elektron ünvanına göndərmələri xahiş olunur.
Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət ediləcək.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
