Vakansiya haqqında
Namizədə tələblər:
Ali təhsil;
Satınalma, təchizat və ya təchizat zənciri sahəsində 1-3 il iş təcrübəsi;
Müqavilə danışıqları, Incoterms və SAP/Oracle ERP sistemləri üzrə bilik;
MS Office, xüsusilə Excel proqramında yaxşı səviyyədə bacarıq;
Analitik düşünmə və problem həll etmə qabiliyyəti;
Komanda daxilində işləmək bacarığı;
Dil bilikləri: Azərbaycan dili səlis, rus dili əla, ingilis dili arzuolunandır;
CIPS sertifikatı və IT satınalmaları üzrə təcrübə üstünlük sayılır.
Əsas vəzifələr:
Təchizatçıların araşdırılması, seçilməsi və RFQ/RFP proseslərinin idarə olunması;
Kommersiya şərtlərinin və müqavilələrin müzakirə edilməsi;
Təchizatçıların KPI və performans göstəricilərinin izlənməsi;
Xərclərin və TCO-nun təhlili və optimallaşdırılması;
Təchizat sənədlərinin, o cümlədən Invoice, Packing List, MTC və digər sənədlərin yoxlanılması;
Satınalmaların büdcəyə və texniki tələblərə uyğunluğunun təmin edilməsi;
Daxili komandalar və layihə tərəfləri ilə koordinasiyanın aparılması;
Satınalma üzrə dövri və aylıq hesabatların hazırlanması.
İş şərtlərimiz:
İş qrafiki: Tam iş günü, 5 gün;
İş saatları: 08:30-17:30;
İş yeri: Xırdalan;
Servis xidməti mövcuddur (Sumqayıt).
Göstərilən tələblərə uyğun namizədlərdən xahiş olunur ki, CV-lərini mövzu hissəsində “Satınalma üzrə mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərsinlər.
Alternativ olaraq, bu keçid vasitəsilə müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
