Vakansiya haqqında
Vəzifə və öhdəliklər
Xəstəxananın bütün bölmələrində xəstəyə lazım olan yazılı və şifahi məlumatların təqdim edilməsi, şöbəyə daxil olan zənglərin cavablandırılması
Xəstə ilə həkim arasında və xəstəxanada göstərilən xidmət prosesində müşayiətin təmin olunması, xidmətin koordinasiyasının həyata keçirilməsi
Stasionara qəbul üçün müraciət edən xəstə ilə bağlı müvafiq sənədləşmənin aparılması
Şəxsi keyfiyyətlər
Məsuliyyətli və diqqətli olmaq
Komanda işi və sürətli qərarvermə bacarıqlarına malik olmaq
Tələblər
Ən azı 1 il səhiyyə sahəsində iş təcrübəsi
MS Office proqramlarından istifadə bacarığı
Növbəli iş rejimində işləmək imkanı
Nahar şirkət tərəfindən verilir
Qeyd olunan tələblərə cavab verən namizədlərdən xahiş olunur ki, CV-lərini mövzu hissəsində “Qeydiyyatçı” qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərsinlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
