Vakansiya haqqında
BioHerbal Baku MMC həkimlərə məhsulların elmi və klinik əsaslarla təqdim olunmasını prioritet edən peşəkar medikal strategiya ilə fəaliyyət göstərir.
Bu komandada Tibbi Nümayəndə vəzifəsi üzrə əməkdaş axtarılır.
Vəzifənin məqsədi
Tibbi Nümayəndə məhsulların həkimlərə elmi əsaslarla tanıdılmasını təmin edən və sahədə medikal strategiyanın birbaşa icraçısıdır.
Bu rolun əsas hədəfi məhsulların həkimlər tərəfindən elmi əsaslarla tövsiyə olunmasına dəstək verməkdir.
İş öhdəlikləri
Məsul olduğu ərazidə hədəf həkimlərə, o cümlədən nevroloq, pediatr, ginekoloq, endokrinoloq, kardioloq, terapevt və digər mütəxəssislərə məhsulların elmi və klinik üstünlüklərini məhsul prioritetlərinə uyğun, ardıcıl və fokuslu şəkildə təqdim etmək
Şirkət tərəfindən müəyyən edilmiş hədəf həkim siyahısı əsasında planlı ziyarətləri həyata keçirmək və gündəlik fəaliyyət qeydlərini aparmaq
Həkimlərdən daxil olan elmi sualları və etirazları mənbələrə və sübutlara əsaslanaraq cavablandırmaq
Elmi məqalələr və klinik araşdırmalar əsasında təqdimatlar hazırlamaq və təqdim etmək
Həkimlərdən alınan medikal geri bildirimləri sistemli şəkildə mərkəzə ötürmək
Təlimlərdə və elmi toplantılarda aktiv iştirak etmək
Satış (aptek) komandası ilə koordinasiyalı şəkildə işləmək
Namizədə tələblər
Ali təhsil
Tibb, Əczaçılıq, Biologiya, Kimya, Biotexnologiya, Qidalanma və Dietologiya və digər aidiyyatlı sahələr üzrə ali təhsil üstünlükdür
Minimum 2 il tibbi nümayəndə kimi təcrübə
Mövcud həkim portfeli
Peşəkar kommunikasiya bacarığı
Elmi mətnləri anlamaq və izah etmək bacarığı
Səyyar iş rejiminə uyğunluq
MS Office bilikləri
İngilis və ya rus dili bilikləri üstünlükdür
İş yeri: Bakı, ofis
Yaş aralığı: 25-40
İş rejimi
09:00-18:00, I-V günlər, tam ştat, sahə işi.
Təklif etdiklərimiz
Təcrübə və peşəkar kompetensiyalara uyğun əmək haqqı və bonus sistemi
Qidalanma kartı
Yol xərci və ya avtomobil mövcuddursa yanacaq kartı
Davamlı təlim və inkişaf imkanları
Güclü beynəlxalq brend və peşəkar komanda ilə işləmək imkanı
Müraciət etmək üçün mövzu hissəsində vakansiya adını və bölgəni qeyd edərək düymədə göstərilən elektron ünvanına göndərə bilərsiniz
Bu vakansiya kimlər üçün deyil
“Sadəcə satış etmək istəyirəm” deyənlər
Elmi mövzulara maraq göstərməyənlər
Həkim qarşısında özünü rahat və peşəkar şəkildə ifadə edə bilməyənlər
Bu vəzifə sahədə brend məhsulların elmi təmsilçisidir.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
