Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Xalq Bank

KOS üzrə müştəri təmsilçisi

ŞəmkirMənbə: Vezife.az

Vakansiya haqqında

Təsvir Yeni kiçik və orta sahibkarlıq subyektlərini bankın müştərisi kimi cəlb etmək; Potensial müştərilərdən bank xidmətləri üzrə müraciətləri qəbul etmək və satış prosesini həyata keçirmək; Mövcud müştəri portfelini idarə etmək, bu seqmentə aid bütün bank məhsullarının satışını təmin etmək; Müştəri ehtiyaclarını müəyyənləşdirərək onları uyğun bank xidmətləri və məhsulları barədə məlumatlandırmaq; Müştəri müraciətlərinin aidiyyəti struktur bölmələr tərəfindən icrasını təmin etmək; Hazırkı və planlaşdırılan əməkdaşlıqların səmərəliliyini təhlil etmək; Görülən işlər üzrə hesabat hazırlamaq. Tələblər Maliyyə, menecment və ya iqtisadiyyat istiqaməti üzrə bakalavr təhsili; Azərbaycan dilində mükəmməl səviyyə, rus və ingilis dili arzuolunandır; Yüksək səviyyədə ünsiyyət qurmaq bacarığı; Güclü satış bacarığı; Maliyyə hesabatlarını təhlil etmə bacarığı; Müvafiq sahə üzrə 2 illik iş təcrübəsi. Vakansiya növü Tam ştat Maraqlanan namizədlər Müraciət et düyməsində göstərilən linkə daxil olaraq müraciət edə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.