Vakansiya haqqında
İş şəraiti
İşəgötürən: Qartal Tikinti Firması
Başlanğıc əməkhaqqı: 800 AZN, vergilər çıxıldıqdan sonra
Sınaq müddətindən sonra əməkhaqqı: 1000 AZN, vergilər çıxıldıqdan sonra
İş yeri: Sumqayıt şəhəri
Tələblər
Ali təhsil tələb olunur;
İnsan resursları üzrə kursu tamamlamış olmalıdır;
Ofis meneceri kimi minimum 1 il iş təcrübəsi olmalıdır;
Word, Excel və Outlook proqramlarını yüksək səviyyədə bilməlidir;
Xanım namizəd olmalı, insanlarla səmimi ünsiyyət qurmaq və kollektivlə yaxşı münasibət saxlamaq bacarığına malik olmalıdır;
İşində dəqiq, məsuliyyətli və işgüzar olmalıdır;
Yaş həddi 23-30 arası olmalıdır;
Sumqayıt şəhərində yaşaması mütləqdir. Digər şəhərlərdə yaşayan şəxslər müraciət etməsinlər.
İş haqqında məlumat
Gələn zənglərin cavablandırılması və aidiyyəti üzrə yönləndirilməsi;
Sənəd dövriyyəsinin düzgün şəkildə təşkili;
İSB sistemində sığorta prosesinin icrası;
Sənədlərin təyinatına uyğun arxivləşdirilməsi və məsul şəxslərə ötürülməsi;
İşçilərin gündəlik, həftəlik və aylıq tabelinin aparılması;
Firma əməkdaşlarının korporativ nömrələri üzrə balans əməliyyatlarının həyata keçirilməsi;
Direktorun dəvətli olduğu tədbirlərin öncədən yazılması və poçta yerləşdirilməsi;
Nəzarətdə olan tapşırıqların hər iş gününün sonunda direktora göndərilməsi;
Əmək və xidmət müqavilələrinin hazırlanması, həmçinin xitam prosesinin aparılması;
Əmək müqavilələrinin ƏMAS sisteminə daxil edilməsi və kargüzarlıq işləri;
Məktubların və e-maillərin hazırlanması və göndərilməsi;
Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.
İşçi üçün yaradılan şərait
İş vaxtı: 09:00-18:00;
Nahar firma tərəfindən təmin olunur;
İstirahət günləri: Şənbə və Bazar;
İş yeri Sumqayıt şəhərində firmanın baş ofisindədir.
CV-nizi mövzu hissəsində “Kadrlar üzrə mütəxəsis / Ofis meneceri” yazmaqla Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərsiniz.
Əlaqələndirici şəxs: Rəşid Əhmədov
Telefon: +994 50 235 19 66
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
