Vakansiya haqqında
Kaspi International School məsuliyyətli, bacarıqlı və işinə ciddi yanaşan Usta axtarır.
Usta Bakıdakı məktəbin ərazisində və binalarında gündəlik texniki və təsərrüfat işlərini icra edəcək, xırda təmir və nasazlıqların aradan qaldırılmasına, həmçinin avadanlıqların və məktəb infrastrukturunun düzgün vəziyyətdə saxlanılmasına cavabdeh olacaq.
Tələblər
Təmir-tikinti və texniki işlər üzrə praktiki bacarıqlar;
Elektrik, santexnika, mebel və digər xırda təmir işlərini yerinə yetirmək bacarığı;
Texniki avadanlıqlardan və əl alətlərindən düzgün və təhlükəsiz istifadə bacarığı;
Nasazlıqları vaxtında müəyyən etmək və operativ şəkildə aradan qaldırmaq bacarığı;
İş zamanı təhlükəsizlik qaydalarına riayət etmək;
Məsuliyyətli, intizamlı və diqqətli olmaq;
Fiziki işə uyğunluq;
Komandada işləmək bacarığı;
Tapşırıqları vaxtında və keyfiyyətli şəkildə yerinə yetirmək.
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər. E-mailin mövzu hissəsində “Usta” qeyd olunması xahiş edilir.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
