Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Ramada Plaza by Wyndham Gəncə

Baş mühasib

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Təsvir Gündəlik mühasibat əməliyyatlarının düzgün və vaxtında uçota alınmasına nəzarət etmək; Vergi və digər dövlət hesabatlarını hazırlamaq və onların vaxtında təqdim olunmasını təmin etmək; Aylıq və illik bağlanış proseslərini icra etmək; Debitor və kreditor hesablaşmalarına, eləcə də bank və kassa əməliyyatlarına nəzarət etmək; Əməkhaqqı və digər işçi ödənişlərinin düzgün hesablanmasını və ödənilməsini təmin etmək; Əsas vəsaitlərin, həmçinin mal-material ehtiyatlarının uçotuna nəzarəti həyata keçirmək; Mühasibat hesabları üzrə üzləşmələri aparmaq və müəyyən edilən uyğunsuzluqları aradan qaldırmaq; Maliyyə hesabatlarının hazırlanmasında Maliyyə menecerinə dəstək vermək; Daxili maliyyə prosedurlarına və uçot siyasətinə riayət olunmasını təmin etmək; Tələblər Ali təhsil (Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat və ya uyğun sahə üzrə); Mühasibatlıq sahəsində minimum 3–5 il iş təcrübəsi, o cümlədən Böyük mühasib və ya oxşar vəzifədə ən azı 2 il təcrübə; Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Əmək Məcəlləsi və mühasibat uçotu ilə bağlı qanunvericiliyi yaxşı bilmək; Vergi və DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi üzrə praktik təcrübə; Əməkhaqqı, məzuniyyət, xəstəlik vərəqəsi, son haqq-hesab və digər ödənişlərin hesablanması üzrə biliklər; ƏDV, mənfəət vergisi, ödəmə mənbəyində tutulan vergilər və digər vergi öhdəlikləri üzrə biliklər; Əsas vəsaitlərin, azqiymətli və tezköhnələn əşyaların, eləcə də mal-material ehtiyatlarının uçotu üzrə biliklər; Bank və kassa əməliyyatlarının uçotu, ödənişlərin aparılması və bank üzləşmələri üzrə təcrübə; Aylıq və illik mühasibat bağlanışlarını həyata keçirmək, hesab qalıqlarını yoxlamaq və üzləşdirmək bacarığı; P&L, Balance Sheet və Cash Flow hesabatlarının hazırlanması üzrə biliklər; 1C proqramında, xüsusilə “Əmək haqqı və HR” modulunda sərbəst işləmək və MS Excel-i yüksək səviyyədə bilmək; Opera PMS, Micros POS və iScala proqramları üzrə bilik və iş təcrübəsi üstünlük sayılır; Analitik düşünmə, detallara diqqət, məsuliyyətlilik və komanda ilə işləmək bacarığı; Otelçilik və xidmət sektorunda iş təcrübəsi üstünlükdür; Analitik düşünmə, detallara diqqət, məsuliyyətlilik və komanda ilə işləmək bacarığı; Maraqlanan namizədlər öz CV-lərini mövzu hissəsində müraciət etdikləri vəzifənin adını qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron ünvanına göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.