Vakansiya haqqında
Namizədə tələblər
1-3 il iş təcrübəsi tələb olunur;
Ali və ya orta təhsil arzu edilir;
Azərbaycan dili üzrə yaxşı səviyyə vacibdir, rus dili biliyi üstünlük hesab olunur;
Məsuliyyətli, dəqiq və ünsiyyət qurma bacarığı olan namizəd;
Komanda daxilində işləmək bacarığı;
Axıcı nitq və təqdimat bacarığı.
Əsas vəzifə öhdəlikləri
Satış nöqtələrində vitrinlərin verilmiş təlimatlara uyğun şəkildə mütəmadi qaydaya salınması;
Məhsulların son istifadə tarixlərinə nəzarət edilməsi və bu barədə satış təmsilçilərinin məlumatlandırılması;
Satış nöqtələrində və mağazalarda məhsul çeşidlərinin mövcudluğunun və kifayətliliyinin müntəzəm yoxlanılması;
Şirkətin məhsul çeşidləri haqqında məlumatlı olmaq və məhsulların düzgün təqdim olunmasını təmin etmək;
Müştəri bazasının genişlənməsi və satış həcminin artırılması üçün yeni təkliflər vermək;
Potensial müştəriləri aktiv şəkildə müəyyənləşdirmək və məhsulları təqdim etmək;
Müştərilərin şikayət, təklif və rəylərini aidiyyəti üzrə məsul şəxsə çatdırmaq;
Satış hesabatlarını mütəmadi qaydada rəhbərliyə təqdim etmək;
Rəhbərlik tərəfindən verilən digər müvafiq tapşırıqları yerinə yetirmək.
İş şəraiti
İş qrafiki: 5 günlük iş həftəsi, saat 09:00-18:00;
Əməkhaqqı: Müsahibə əsasında müəyyən ediləcək;
İş ünvanı: Əlişir Nəvai küçəsi 17.
Maraqlanan namizədlər öz CV-lərini Müraciətetdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
