Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Company

Baş mühasib müavini

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Vəzifələr Mühasibat və vergi uçotunun qanunvericiliyin tələblərinə uyğun şəkildə aparılmasını təmin etmək; Mühasibat sənədlərinin düzgün hazırlanmasını və uçotunun aparılmasını təmin etmək; Əsas vəsaitlərin uçotunu aparmaq, amortizasiya hesablamalarını həyata keçirmək; Əmək haqqı, məzuniyyət və digər ödənişləri düzgün hesablamaq; Debitor və kreditor borclarının uçotunu aparmaq və hesablaşmalara nəzarət etmək; Elektron qaimə-fakturaların və hesab-fakturaların tərtib olunması və göndərilməsini həyata keçirmək; Bank, kassa, satış, alış, əmək haqqı, avans, mal-material və digər maliyyə əməliyyatlarını proqram təminatına düzgün daxil etmək; Aylıq inventarizasiyaların nəticələrini təhlil etmək və mal-material uçotunu aparmaq; Gündəlik əməliyyatları 1C proqramında işləmək; Baş mühasib tərəfindən verilən tapşırıqları vaxtında və düzgün yerinə yetirmək. Tələblər 25–50 yaş aralığında namizədlər; Ali təhsil (Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat və ya digər uyğun ixtisaslar üzrə); Müvafiq vəzifə üzrə minimum 3 il iş təcrübəsi; Mühasibat hesablaşmaları üzrə yüksək səviyyədə bilik; Vergi Məcəlləsi və Əmək Məcəlləsini yüksək səviyyədə bilmək; 1C 8.2 və 1C.8.3 proqramlarında yüksək səviyyədə işləmək bacarığı; MS Office proqramlarında, xüsusilə Excel-də sərbəst işləmək bacarığı; Azərbaycan dilini yazılı və şifahi şəkildə mükəmməl bilmək, rus və ingilis dilləri arzuolunandır; Fikri aydın ifadə etmək, ünsiyyət və komanda ilə işləmək bacarığı; Məsuliyyətli, dəqiq, operativ və stresə davamlı olmaq. İş şəraiti Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə; Həftədə 5 iş günü, saat 09:00-dan 18:00-dək; Şənbə və bazar günləri istirahət günləridir. İş yeri Bakı şəhərinin mərkəzində yerləşir. Yuxarıda göstərilən tələblərə uyğun namizədlərdən mövzu hissəsində “Baş mühasib müavini” qeyd etməklə CV-lərini Müraciət et düyməsində göstərilən e-mail ünvanına göndərmələri xahiş olunur.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.