Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
Korporativ şəbəkənin texniki dəstəklənməsi və idarə olunması;
Cisco, Fortigate və Ubiquiti şəbəkə avadanlıqlarının quraşdırılması, sazlanması və fasiləsiz işləməsinə nəzarət;
HP Server, MSA, ESXi və Windows Server (AD, DNS, DHCP, GPO) üzrə texniki dəstək göstərilməsi;
VDS (Virtual Desktop Server) və virtual mühitlərin idarə edilməsi;
Dahua IP kameralarının quraşdırılması və monitorinqi;
İstifadəçilərin Windows 11/10/8/7 üzrə texniki problemlərinin həlli;
Şəbəkə kabel sistemlərinin (SKS) qurulması və nasazlıqların aradan qaldırılması;
TCP/IP, UDP, HTTPS kimi şəbəkə protokolları ilə işləmək;
İstifadəçilər üçün təlimatların hazırlanması və təlimlərin keçirilməsi;
Active Directory üzərindən istifadəçi hesablarının və giriş icazələrinin idarə olunması;
Lokal şəbəkə, internet və Wi-Fi infrastrukturunun stabil işləməsinin təmin edilməsi;
Serverlərin ehtiyat nüsxələrinin hazırlanması və bərpası;
Antivirus və informasiya təhlükəsizliyi tədbirlərinin tətbiqi.
Vəzifə üzrə tələblər:
Ali təhsil;
Rus və ingilis dili biliyi arzuolunandır, ən azı danışıq səviyyəsində və texniki sənədləri oxumaq, tərcümə etmək üçün;
İT sahəsində 1 ildən çox iş təcrübəsi, xüsusilə şəbəkə, sistem administrasiyası və texniki dəstək istiqamətində;
Cisco, Fortigate, Windows Server, ESXi, VDS, MSA və HP Server üzrə biliklər;
Şəbəkə kabelinin quraşdırılması və IP kameraların montajı bacarığı;
Windows istifadəçi dəstəyi (7, 8, 10, 11) və Office proqramları ilə işləmək bacarığı;
Şəbəkə protokolları (TCP/IP, UDP, HTTPS) və təhlükəsizlik əsasları barədə bilik;
Cisco CCNA, Fortigate NSE, Microsoft MTA/MCSA sertifikatları üstünlükdür;
PowerShell və ya Bash skript yazmaq, avtomatlaşdırma bacarığı arzuolunandır;
İT infrastrukturu layihələrində iştirak təcrübəsi üstünlükdür;
Güclü ünsiyyət və komanda ilə işləmək bacarığı;
Analitik düşünmə və problemləri operativ həll etmə qabiliyyəti.
Sizə nə təklif edirik?
Rahat iş şəraitində çalışma imkanı;
Karyera və peşəkar inkişaf perspektivləri;
Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik komandanın bir hissəsi olmaq;
İxtisas üzrə potensialınızı reallaşdırmaq imkanı.
İş qrafiki: həftə içi 6 gün, 09:00-18:00
Ünvan: Bakı, Babək pr 36E.
Maraqlanan şəxslər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində mütləq IT mütəxəssis yazılmalıdır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
