Vakansiya haqqında
İş barədə məlumat:
Laboratoriya avadanlıqlarını tanımalı və onlarla işləmə bacarığına malik olmalıdır;
Analiz prosesində aparılan müşahidələri və alınan nəticələri səliqəli şəkildə qeyd etməlidir;
İstehsal olunan məhsulların təhlükəsizliyi ilə bağlı laboratoriya analizlərini həyata keçirməlidir;
Laboratoriya mütəxəssisinin tapşırığı və nəzarəti əsasında gündəlik istehsal olunan məhsulların keyfiyyət analizlərini müəyyən edilmiş prosedurlara uyğun, vaxtında və dəqiq yerinə yetirməlidir;
Malların keyfiyyət dərəcələrinin izlənilməsini aparmalıdır;
Cihaz göstəricilərini qeyd etməlidir;
İstehsalatın sanitar-gigiyena şəraitinə nəzarət etməlidir.
Namizədə tələblər:
Kimya ixtisası üzrə ali təhsil;
Müvafiq sahədə iş təcrübəsi;
Ofis proqramları üzrə biliklər (Word, Excel və s.);
Xarici dil biliyi: rus dili.
İş şəraiti:
Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşmə və 6 günlük iş həftəsi;
Nahar şirkət tərəfindən təmin edilir;
Servis mövcuddur;
Əmək haqqı: 800 AZN;
Ünvan: Bakı.
Namizədlərdən CV-lərini “Laborant” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
