Vakansiya haqqında
CAMAL LTD dondurma istehsalı zavodunda mexaniki avadanlıqların dayanıqlı və səmərəli işləməsini təmin edəcək təcrübəli Baş Mexanik axtarır.
Vəzifə öhdəlikləri
Dondurma istehsalı zavodunda istifadə edilən mexaniki avadanlıqların təhlükəsiz və fasiləsiz işləməsinə nəzarət etmək;
Dondurma istehsalı, qarışdırma, homogenizasiya, pasterizasiya, dondurma və qablaşdırma xətlərinin mexaniki vəziyyətini izləmək;
Soyutma və dondurma sistemlərinin, kompressorların, nasosların, reduktorların və digər mexaniki avadanlıqların texniki durumuna nəzarət etmək;
İstehsalat avadanlıqları üzrə planlı texniki baxış, profilaktik xidmət və təmir işlərini təşkil etmək və icrasını izləmək;
Avadanlıqlarda yaranan nasazlıqların səbəblərini müəyyən etmək, operativ müdaxilə etmək və istehsalat dayanmasının qarşısını almağa çalışmaq;
İstehsalat avadanlıqlarının texniki xidmət və təmir qrafiklərini hazırlamaq və icrasına nəzarət etmək;
Ehtiyat hissələrinə ehtiyacı müəyyənləşdirmək, onların uçotunu aparmaq və səmərəli istifadəsini təmin etmək;
Mexaniki avadanlıqların istismar müddətinin artırılması və təmir xərclərinin optimallaşdırılması üçün tədbirlər görmək;
İstehsalat avadanlıqlarının təmizlənməsi və yuyulması proseslərində istifadə olunan mexaniki sistemlərin işlək vəziyyətdə saxlanmasına nəzarət etmək;
Texniki sənədləri, təmir hesabatlarını və avadanlıqların texniki xidmət tarixçəsini aparmaq;
Namizədə tələblər
Mexanika mühəndisliyi və ya uyğun texniki ixtisas üzrə ali təhsil;
Müvafiq sahədə 7–10 il iş təcrübəsi;
Qida istehsalı müəssisəsində, xüsusilə dondurma və ya süd məhsulları istehsalında təcrübə üstünlükdür;
İstehsalat xətləri, soyutma sistemləri, kompressorlar, nasoslar və digər mexaniki avadanlıqlar üzrə biliklər;
Avadanlıqların texniki xidmət və təmir proseslərinin təşkili üzrə təcrübə;
AutoCAD proqramı üzrə biliklər və texniki sxemlərlə işləmək bacarığı mütləqdir;
Rus və ingilis dillərini bilmək üstünlükdür;
Analitik düşünmə, operativ qərarvermə və komanda ilə işləmək bacarığı.
İş şəraiti
Ünvan: Bakı
İş rejimi: 6 günlük iş həftəsi, tam iş günü;
Mobil nömrə ilə təminat;
Nahar şirkət tərəfindən qarşılanır;
Əmək haqqı: 3 500 AZN (razılaşma yolu ilə).
Namizədlər CV-lərini Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində “Baş Mexanik” qeyd olunmalıdır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
