Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Vision Academy

SMM üzrə peşə hazırlığı proqramı

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Vision Academy tərəfindən sosial media sahəsində praktiki bacarıq qazandıran 2 aylıq peşə hazırlığı proqramına qeydiyyat elan olunur. Kimlər müraciət edə bilər? Hazırda tələbə olmayan və işsiz olan şəxslər. Yaşı 21-30 aralığında olan namizədlər. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxslər. Öyrənməyə həvəsli və verilən tapşırıqları məsuliyyətlə yerinə yetirən namizədlər. Sosial media marketinqi üzrə mütəxəssis olmaq və bu sahədə praktiki bacarıq əldə etmək istəyən ali təhsilli şəxslər. Kreativ, ünsiyyətcil və sosial media platformalarında fəal olan şəxslər. Rəqəmsal marketinq sahəsində karyera qurmaq istəyənlər. Proqramda öyrədiləcək əsas mövzular Sosial Media Strategiyası və Planlaşdırma Sosial media platformalarının xüsusiyyətləri. Kontent planının hazırlanması və idarə edilməsi. Hədəf auditoriyanın müəyyən olunması. Reklam kampaniyalarının təşkili və izlənməsi. Kontent Yaratma və İdarəetmə Kreativ kontent və vizualların hazırlanması. Copywriting və mesajlaşma üsulları. Sosial media üçün foto və video materialların redaktəsi. Postların optimallaşdırılması və vaxtında paylaşılması. Analitika və Hesabatlıq Sosial media analitika alətləri (Facebook Insights, Instagram Analytics və s.). Kampaniya nəticələrinin qiymətləndirilməsi. Rəqəmsal performans göstəricilərinin təhlili. Hesabatların hazırlanması və təqdim edilməsi. Bu proqram sizə nə qazandıracaq? Peşə hazırlığı proqramı tam ödənişsizdir. Proqram müddətində iştirakçılara aylıq 200 AZN təqaüd veriləcək. Proqramın müddəti 2 aydır. Gündə 4 saat, həftədə 5 dəfə olmaqla ümumilikdə 176 saat davam edəcək. Proqramı müvəffəqiyyətlə tamamlayan məzunlar sertifikat və işlə təmin olunacaq. Praktiki təcrübə: real sosial media hesablarının idarə olunması və kampaniyalar üzərində iş. Fərdi mentor dəstəyi: təcrübəli sosial media mütəxəssislərindən rəhbərlik və yardım. Karyera dəstəyi: təlimi uğurla bitirən məzunlara işə qəbul üçün karyera mərkəzi tərəfindən peşəkar dəstək. Sertifikat: proqramı uğurla bitirən iştirakçılara təqdim olunur. Coffee break: enerji toplamaq və sosial əlaqələri gücləndirmək üçün qısa fasilə. Qeydiyyat Qeydiyyat üçün aşağıdakı link vasitəsilə formanı doldura bilərsiniz: https://forms.gle/LtwcgGWRyvSm8LGu9 Əlaqə və ünvan Ünvan: Bakı, Elmlər Akademiyası m/s, Zahid Xəlilov 25A Veb sayt: www.visionacademy.az Əlaqə nömrəsi: 010 7253232 Sosial Media Hesablar https://instagram.com/vision.karyera https://instagram.com/visionacademyaz

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.