Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Professional İT MMC

ML / LLM engineer

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

ML / LLM Engineer olaraq siz çoxdilli AI köməkçiləri, Text-to-SQL həlləri və lokal LLM modellərinin uyğunlaşdırılması və sistemlərə inteqrasiyası üzərində işləyəcəksiniz. Vəzifə haqqında Bu rol iri həcmli AI layihələri çərçivəsində çoxdilli köməkçilərin, Natural Language → SQL həllərinin və open-weight dil modellərinin lokal mühitdə tətbiqi ilə bağlıdır. Əsas fokus NLP, Text-to-SQL və lokal dil modelləridir. Görəcəyiniz işlər Azərbaycan, rus, ingilis və türk dillərini dəstəkləyə bilən çoxdilli AI köməkçinin hazırlanmasında iştirak etmək. Natural Language əsasında SQL sorğularının yaradılmasına yönəlmiş həllər hazırlamaq. Verilənlər bazası sxemini və biznes göstəricilərinin semantik təsvirlərini modelə daxil etmək. Training, evaluation və benchmark üçün məlumat dəstləri hazırlamaq. Open-weight dil modellərini lokal mühitdə test etmək. Modeli dil keyfiyyəti, SQL doğruluğu, nəticənin dəqiqliyi, latency və GPU istifadəsi üzrə qiymətləndirmək. SFT, LoRA, QLoRA və digər adaptasiya yanaşmalarını sınaqdan keçirmək. Structured output ilə işləmək. Modelləri backend API-lərlə inteqrasiya etmək. Model səhvlərini və məhdudiyyətlərini təhlil etmək. Sizdən gözləntilərimiz Güclü Python bilikləri. NLP və LLM sistemlərində praktiki təcrübə. PyTorch, Transformers, PEFT və ya oxşar texnologiyalarla işləmək bacarığı. SQL üzrə güclü biliklər. Domen məlumatları üzərində LLM qiymətləndirməsi təcrübəsi. Prompt design, structured output və dialoq kontekstinin idarə olunmasını anlamaq. GPU yaddaşı, context window və quantization məhdudiyyətləri barədə anlayış. Təkrarlana bilən ML eksperimentləri qurmaq bacarığı. Əlavə üstünlüklər Text-to-SQL sahəsində təcrübə. Azərbaycan dili üzrə NLP bilikləri. Multilingual evaluation təcrübəsi. SQL AST parsing və validation ilə tanışlıq. FastAPI təcrübəsi. Təklif etdiyimiz Rəqabətli əməkhaqqı: Təcrübə və bacarıqlarınıza uyğun əməkhaqqı və performans bonusları. Peşəkar inkişaf və təlimlər: Ölkənin ən iri və strateji AI/BI layihələrində işləmək, biliklərinizi artırmaq və beynəlxalq sertifikasiya proqramlarında iştirak etmək imkanı. Karyera imkanları: Sürətlə böyüyən komandada liderlik və yüksəliş perspektivləri. Çevik iş rejimi: Rahat iş mühiti üçün çevik iş saatları. Rahat iş mühiti: Müasir texnologiyalar, avadanlıqlar və dəstəkləyici komanda mühiti. Müraciət qaydası Əgər bu vakansiya sizi maraqlandırırsa və təcrübəniz tələblərə uyğundursa, CV-nizi mövzu hissəsində ML / LLM Engineer qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərsiniz.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.