Vakansiya haqqında
3 aylıq mühasibat və əməliyyatçı-mühasib peşə hazırlığı proqramı elan olunur.
Kimlər müraciət edə bilər?
Hazırda tələbə olmayan və işsiz şəxslər.
Yaşı 21-30 aralığında olan namizədlər.
Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxslər.
Öyrənməyə maraqlı, verilən tapşırıqları məsuliyyətlə yerinə yetirənlər.
Mühasibat sahəsində biliklərini gücləndirmək və praktiki təcrübə toplamaq istəyənlər.
Ali təhsilli olub karyerasını mühasibat və maliyyə sahəsində qurmaq istəyənlər.
Aktiv və məsuliyyətli gənclər.
Proqram çərçivəsində keçiləcək əsas mövzular
Mühasibat uçotunun əsasları və maliyyə sənədləşməsi:
Mühasibat uçotunun əsas prinsipləri və uçot siyasəti;
İlkin uçot sənədlərinin hazırlanması və işlənməsi;
Hesabatların hazırlanması və yoxlanılması;
Əməliyyatların uçota alınması (pul, mal, xidmət əməliyyatları);
Maliyyə sənədlərinin düzgün tərtibi, saxlanılması və arxivləşdirilməsi;
Maliyyə əməliyyatlarının idarə edilməsi və sənədləşmə:
Gəlir və xərc əməliyyatlarının qeydiyyatı;
Kassa və bank əməliyyatlarının aparılması;
Debitor və kreditor borclarının uçotu;
Mal-material hərəkətinin və anbar əməliyyatlarının uçotu;
Əmək haqqı və ezamiyyə əməliyyatlarının uçota alınması;
Vergi sənədlərinin hazırlanması və təqdimatı;
1C və digər ERP sistemlərində əməliyyatların icrası;
Vergi uçotu və hesabatlılıq:
Vergi qanunvericiliyinin əsasları;
Vergi bəyannamələrinin hazırlanması və təqdim edilməsi;
ƏDV, sadələşdirilmiş vergi və digər vergi növləri üzrə əməliyyatlar;
Elektron vergi xidmətləri ilə işləmə qaydaları;
Maliyyə hesabatları və analitik bacarıqlar:
Maliyyə hesabatlarının hazırlanması prinsipləri;
Mənfəət və zərər hesabatının tərtibi;
Balans hesabatının hazırlanması və təhlili;
Bu proqram sizə nə qazandıracaq?
Peşə hazırlığı proqramı tam ödənişsizdir.
Təlim müddətində iştirakçılara aylıq 200 AZN təqaüd veriləcək.
Proqramın müddəti 3 aydır.
Dərslər hər gün 4 saat, həftədə 5 dəfə keçiriləcək və ümumi müddət 264 saat olacaq.
Proqramı uğurla bitirən məzunlara sertifikat və iş imkanı təqdim olunacaq.
Praktiki yanaşma sayəsində mühasibat və əməliyyat işləri real nümunələr üzərindən öyrədilir.
Mentor dəstəyi ilə təcrübəli mühasiblərdən fərdi rəhbərlik və yardım göstərilir.
Mühasibat proqramları və əməliyyatların idarə olunması üzrə iş bacarıqları inkişaf etdirilir.
Karyera dəstəyi ilə məzunlara işə qəbul prosesində peşəkar kömək göstərilir.
Proqramı tamamlayanlara təcrübə sertifikatı təqdim olunur.
Coffee break zamanı qısa istirahət və sosial ünsiyyət üçün imkan yaradılır.
Qeydiyyat və əlaqə
Qeydiyyat üçün aşağıdakı link vasitəsilə formanı doldura bilərsiniz:
https://forms.gle/LtwcgGWRyvSm8LGu9
Ünvan: Bakı, Elmlər Akademiyası m/s, Zahid Xəlilov 25A
Veb sayt: www.visionacademy.az
Əlaqə nömrəsi: 010 7253232
Sosial media hesabları
https://instagram.com/vision.karyera
https://instagram.com/visionacademyaz
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
