Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Professional İT MMC

Senior data engineer

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Senior Data Engineer olaraq AI və BI layihələrində production səviyyəli ETL/ELT pipeline-ların, məlumat vitrinlərinin və Data Warehouse həllərinin hazırlanmasında iştirak edəcəksiniz. Vəzifə haqqında Bu rol çərçivəsində production səviyyəli data mühəndisliyi həllərinin layihələndirilməsi, qurulması və optimallaşdırılması həyata keçiriləcək. Əsas texnologiyalar PostgreSQL, dbt və Python-dur. Görəcəyiniz işlər Production səviyyəli ETL/ELT proseslərinin hazırlanması və inkişaf etdirilməsi. BI və AI həlləri üçün ümumi məlumat vitrinlərinin qurulması. Fakt cədvəllərinin, ölçülərin, açarların və qranulyarlığın layihələndirilməsi. İnkremental yükləmə və tarixi məlumatların emalı. Gec daxil olan məlumatların və mənbə sxemlərində dəyişikliklərin idarə olunması. Avtomatlaşdırılmış məlumat keyfiyyəti və aktuallıq yoxlamalarının hazırlanması. Mənbə sistemləri ilə analitik qat arasında məlumat həcmlərinin, açarların və göstəricilərin tutuşdurulması. PostgreSQL sorğularının, indekslərin və execution plan-ların optimallaşdırılması. Transformasiyaların və bərpa prosedurlarının sənədləşdirilməsi. Sizdən gözləntilərimiz Güclü SQL və PostgreSQL bilikləri. dbt ilə praktiki iş təcrübəsi. Məlumat emalı və avtomatlaşdırma üçün Python biliyi. Data Warehouse və ETL/ELT təcrübəsi. İnkremental və təkrarlana bilən data pipeline-ların qurulması təcrübəsi. Git və Linux bilikləri. JOIN nəticəsində sətirlərin çoxalması, aqreqasiya və məlumat keyfiyyəti problemlərini müəyyən etmək bacarığı. Əlavə üstünlüklər MariaDB / MySQL bilikləri. Böyük həcmli tarixi məlumatlarla iş təcrübəsi. Təhsil və ya dövlət məlumatları ilə təcrübə. BI üçün məlumatların hazırlanması təcrübəsi. Text-to-SQL layihələrində iştirak. Sahə üzrə beynəlxalq səviyyədə tanınan sertifikatlar. Təklif etdiyimiz Rəqabətli əməkhaqqı: Təcrübə və bacarıqlarınıza uyğun rəqabətqabiliyyətli əməkhaqqı və performans bonusları. Peşəkar inkişaf və təlimlər: Ölkənin ən iri və strateji AI/BI layihələrində çalışaraq bilik və bacarıqlarınızı artırmaq, beynəlxalq sertifikasiya proqramlarında iştirak imkanı. Karyera imkanları: Sürətlə böyüyən komandada liderlik və karyera yüksəlişi perspektivləri. Çevik iş rejimi: Rahat və balanslı iş mühiti üçün çevik iş saatları (Flexible working hours). Rahat iş mühiti: Müasir texnologiyalar və avadanlıqlarla təminat, peşəkar və dəstəkləyici komanda mühiti. Əgər bu vakansiya sizin marağınızdadırsa və təcrübəniz tələblərə uyğundursa, CV-nizi mövzu hissəsində Senior Data Engineer qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərsiniz.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.