Vakansiya haqqında
Qobustan qəsəbəsində yerləşən fərdi villa üçün evə, həyətə və bağ sahəsinə nəzarət edəcək ər-arvad axtarılır.
İş öhdəlikləri
Villanın daxili təmizliyini və səliqəsini qorumaq;
Həyətin, bağın və ümumi ərazinin təmizliyinə nəzarət etmək;
Ağaclara, bitkilərə və yaşıllıq sahələrinə qulluq göstərmək;
Həyət və ev ətrafında ümumi təmizlik və səliqə işlərini görmək;
Evin və ərazinin gündəlik vəziyyətinə nəzarət etmək;
Zəruri məişət və təsərrüfat işlərini yerinə yetirmək;
Villanın və həyətin daima təmiz, səliqəli və baxımlı saxlanılmasını təmin etmək.
İş şəraiti
İş yeri: Bakı şəhəri, Qobustan qəsəbəsi;
Əməkhaqqı: ər-arvad üçün birlikdə aylıq 1000 AZN;
İşçilər villa ərazisində yaşayacaqlar;
Yaşayış yeri işəgötürən tərəfindən təmin olunur;
Qaz, su və elektrik enerjisi işəgötürən tərəfindən qarşılanır;
Uzunmüddətli əməkdaşlıq nəzərdə tutulur.
Tələblər
Təmizkar, məsuliyyətli və etibarlı olmaq;
Ev və həyət işlərini bacarmaq;
Bağ və həyətə qulluq etməyi bilmək;
Verilən tapşırıqları vaxtında və məsuliyyətlə yerinə yetirmək;
Villa ərazisində yaşayaraq işləməyə hazır olmaq.
Əlaqə
Əlaqə nömrəsi: 051 882 54 99
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Qeyd: Vakansiya yalnız ər-arvad cütlükləri üçün nəzərdə tutulub.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
