Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Handex

Kontent meneceri

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Bakıda Handex Təhsil Mərkəzi üçün sosial media kontenti hazırlayacaq kontent meneceri axtarılır. Vəzifə öhdəlikləri Sosial media platformaları üçün kontent planının hazırlanması və icrasının təmin edilməsi; Sosial media hesabları üçün yaradıcı ideyaların və aktual kontent formatlarının hazırlanması; Foto və video materialların hazırlanması, çəkiliş prosesinin təşkili və həyata keçirilməsi; Təlimlər, tədbirlər və gündəlik iş prosesindən maraqlı anların çəkilərək sosial media üçün uyğun formata salınması; Qısa videoların, o cümlədən Reels və digər formatların hazırlanması, montajı və paylaşım üçün optimallaşdırılması; Mətn, vizual və video materialların vahid kommunikasiya üslubuna uyğun hazırlanması; Sosial media trendlərinin izlənilməsi və onların brendin fəaliyyətinə uyğun tətbiqi; Kontentin nəticələrinin izlənilməsi və auditoriyanın maraqlarına uyğun təkliflərin verilməsi. Namizədə tələblər Kontent menecmenti üzrə praktiki təcrübə; Kreativ düşüncə və vizual zövq; Foto və video çəkilişinin əsas prinsiplərini bilmək; CapCut tətbiqində işləmək bacarığı; Premiere Pro bilmək üstünlükdür; Azərbaycan dilində düzgün və yaradıcı mətnlər hazırlamaq bacarığı; Operativlik, məsuliyyətlilik və komanda ilə işləmək bacarığı; Yeni trendləri izləmək və ideyaları praktik nəticəyə çevirmək həvəsi. Üstünlüklər Reels və digər qısa video formatlarının hazırlanması üzrə təcrübə; Təhsil, tədbir və ya korporativ mühitdə kontent hazırlamaq təcrübəsi; Müraciət qaydası Uyğun namizədlər CV-lərini mövzu hissəsində “Kontent meneceri” qeyd etməklə Müraciət et düyməsində göstərilən email ünvanına göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.