Vakansiya haqqında
“Alutech Baku” üçün ofis meneceri vakansiyası üzrə inzibati və təşkilati işləri bacaran namizəd axtarılır.
Tələblər
Səliqəli xarici görünüşə malik olmalı, nəzakətli danışıq tərzi bilməli, intizamlı və məsuliyyətli olmalıdır;
Ofis proqramlarında işləmək bacarığı olmalıdır;
Verilən tapşırıqları dəqiq və çalışqan şəkildə yerinə yetirməlidir;
Azərbaycan, rus və ingilis dillərində ünsiyyət qura bilməlidir.
Vəzifə öhdəlikləri
Şirkətin ofis fəaliyyətinə aid gündəlik inzibati və təşkilati işlərin planlaşdırılması və əlaqələndirilməsi;
Daxil olan və göndərilən məktubların, sənədlərin və digər yazışmaların qəbulunun, qeydiyyatının və aidiyyəti üzrə yönləndirilməsinin təşkili;
Müqavilə, məktub, əmr, ərizə, protokol, arayış və digər inzibati sənədlərin hazırlanması və sistemləşdirilməsində iştirak;
Ofis ləvazimatları və inzibati ehtiyacların təmin olunmasına nəzarət etmək;
İşçilərin davamiyyəti, məzuniyyət, ezamiyyət və digər inzibati məsələlər üzrə sənədlərin hazırlanması və uçotunda iştirak etmək;
HR və digər struktur bölmələrlə uyğun şəkildə işçilərlə bağlı inzibati sənədləşməni həyata keçirmək;
Şirkətin elektron və kağız sənədlərinin sistemləşdirilməsi, arxivləşdirilməsi və məxfiliyinin qorunmasını təmin etmək.
İş şəraiti
Ünvan: Heydər Əliyev pr. 106a
İş qrafiki: 6 günlük iş rejimi
Əmək haqqı: 800 AZN (net)
Müraciət qaydası
Uyğun namizədlər CV-lərini “Müraciət et” düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Xahiş olunur, CV göndərərkən mövzu hissəsində müraciət etdiyiniz vəzifənin adını qeyd edəsiniz.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
