Vakansiya haqqında
Barattson MMC kontent menecer vəzifəsi üzrə vakansiya təqdim edir.
Vəzifə öhdəlikləri
Veb saytlar üçün məzmunun hazırlanması, yüklənməsi və mütəmadi yenilənməsi;
Şirkətin məqsədlərinə uyğun kontent strategiyasının formalaşdırılması;
Sayt və sosial media kanalları üçün yaradıcı həllərin hazırlanması və tətbiqi;
Kontentin Facebook, Instagram, LinkedIn və digər platformalara uyğunlaşdırılması;
Kontent istehsalı prosesinin idarə olunması;
Kontent arxivinin yaradılması və sistemləşdirilməsi;
Tone of Voice (TOV) qaydalarına uyğun mətnlərin hazırlanması və tətbiqi;
Süni intellekt alətləri ilə kontent ideyalarının, mətnlərin və kreativ həllərin hazırlanması, prosesin optimallaşdırılması;
Ssenarilərin yazılması;
Vizual kontentin idarə edilməsi;
Video kontentin təşkili;
Video çəkilişlərində iştirak;
Sosial media trendlərinin izlənilməsi;
Aylıq kontent planının hazırlanması və post ideyalarının təklif edilməsi;
Kontent performansının təhlili üçün sosial media analitikasının aparılması.
Namizədə tələblər
Sosial media və kontent sahəsində minimum 2 il iş təcrübəsi;
Kontent planı hazırlamaq və kreativ copywriting mətnləri yazmaq bacarığı;
Sosial media platformaları, onların funksiyaları və aktual kontent formatları barədə bilik;
Story, Reels və digər qısa video formatlarında kontent hazırlamaq və paylaşmaq bacarığı;
Video çəkilişi və mobil cihazlarla foto-video kontent hazırlamaq üzrə əsas bilik və bacarıqlar;
Azərbaycan dilinin orfoqrafik qaydalarına mükəmməl bələdlik, ingilis dili biliyi üstünlükdür;
Sosial şəbəkələrdəki trend və yeniliklərdən xəbərdar olmaq;
ChatGPT və digər müasir AI alətləri ilə işləmək bacarığı;
Yüksək intizam və vaxtı düzgün idarəetmə bacarığı;
Güclü kommunikasiya bacarıqları;
Komandada işləmək bacarığı.
İş qrafiki və müraciət
Beşgünlük iş qrafiki: 10:00–19:00 və ya 11:00–20:00;
Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun müəyyən ediləcək;
Seçim mərhələsində namizədlərə tapşırıqlar veriləcək;
CV-nizi müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərin və mövzu hissəsində mütləq “Kontent menecer” yazın.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
