Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Agrarco

Aqronom (şimal regionu üzrə)

QubaMənbə: Vezife.az

Vakansiya haqqında

Quba və Xaçmaz üzrə aqronom vakansiyasında bağların aqrotexniki idarə olunmasına və sahə proseslərinin nəzarətinə dəstək göstərəcəksiniz. Vəzifə öhdəlikləri İllik aqrotexniki planın icrasına nəzarət etmək; Budama işlərinin düzgün və vaxtında yerinə yetirilməsinə rəhbərlik etmək; Bağlarda mütəmadi monitorinq aparmaq, meyvələrin inkişaf və yetişmə mərhələlərini izləmək; Zərərvericilər və xəstəliklər üzrə davamlı müşahidə aparmaq, uyğun mübarizə tədbirlərini təklif etmək; Suvarma işlərinə nəzarət etmək və uyğunsuzluqlar barədə baş aqronoma və sahə icraçısına məlumat vermək; Yeni salınmış bağlarda bitkilərin inkişaf göstəricilərini, o cümlədən boy artımı və gövdə yoğunlaşmasını izləmək və qeydiyyat aparmaq; Dərman preparatlarının norma üzrə tətbiqinə nəzarət etmək və təhlükəsizlik qaydalarına əməl olunmasını təmin etmək; Məhsulun inkişaf mərhələlərini izləmək və məhsuldarlıq proqnozu hazırlamaq; Gündəlik, aylıq və mövsümi hesabatları hazırlamaq; Sahə işçilərinin iş bölgüsünü aparmaq və yığım prosesinin düzgün təşkilinə rəhbərlik etmək; Bağın becərilməsi və işlərin ləngiməsi ilə bağlı bütün məqamları izləmək, baş aqronoma məruzə etmək; Baş aqronomun verdiyi digər tapşırıqları yerinə yetirmək. Tələblər Aqronomluq, bitkiçilik və ya müvafiq sahə üzrə ali təhsil; Aqronom vəzifəsində minimum 2 il iş təcrübəsi; Quba və Xaçmaz rayonlarında daimi yaşayan namizədlərə üstünlük verilir; Müasir aqrotexniki üsullar, gübrələmə, suvarma və bitki mühafizəsi üzrə biliklər; Məsuliyyətlilik, təşəbbüskarlıq və nəticəyönümlülük. Vakansiya barədə Vakansiya növü: Tam ştat Maraqlanan namizədlər Müraciət et düyməsində göstərilən link vasitəsilə müraciət edə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.